22 dek 14:45Sosial

Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu

Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsuTanınmış kriminal avtoritet Piter Elçin və onun ötən gün Masallıda avtomat silahdan açılan 25 güllə ilə qətlə yetirilən qardaşı Fariz Maşallah oğlu İsmayılovun sosial şəbəkələrdə videosu yayılıb.

Axar.az xəbər verir ki, video Piter Elçinin və qardaşının 2012-ci ildə baş tutan bir toy mərasimində iştirakını əks etdirir.

Qeyd edək ki, F.İsmayılov dekabrın 21-də Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Murad Quluzadənin açdığı atəşlə qətlə yetirilib. Quluzadə könüllü olaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) gəlib və hadisəni törədərkən istifadə etdiyi "UZİ" markalı silahı və 7 ədəd gülləni təhvil verib.

ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 25 ədəd giliz aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qətlin qisas zəminində törədildiyi istisna edilmir (Fotolar Report-undur).

Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu
Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu
loading...
Reklam
XƏBƏR LENTİ