XƏBƏR LENTİ

17-01-2017 21:35 Eektron siqaret damağında partladı: 7 dişi töküldü - FOTO 17-01-2017 20:29 Bakıda uşaq tərbiyəçi tərəfindən amansızcasına döyüldü - VİDEO 17-01-2017 20:22 İnternetdə tanış olduğu azərbaycanlı qızlar ərəbi döydülər 17-01-2017 19:30 "Reina" qətliamında İsrail izi: Bir həftə əvvəl bəlli idi 17-01-2017 16:48 100 milyonu yeyib Azərbaycana qaçan Riyad Qafarov kimdir? 17-01-2017 16:24 Şagirdini döyən müəllim xəstəxanalıq oldu - VİDEO 17-01-2017 15:40 Nəvəsinin cinsiyyət orqanını kəsən babadan DƏHŞƏTLİ ETİRAF 17-01-2017 15:38 Qalmaqallı direktor qovuldu, işi prokurorluğa göndərildi 17-01-2017 14:26 Özündən 11 yaş böyük iş yoldaşını niyə öldürdü? - Bakıdakı cinayətin TƏFƏRRÜATI 17-01-2017 14:24 Eks-nişanlısı azərbaycanlı Nazı döydü - VİDEO 17-01-2017 14:06 Bakıda gecə klubunda qan töküldü 17-01-2017 14:00 Universitetdə tələbə öldü - Azərbaycanda 17-01-2017 13:57 Akademikin yeni kitabı təqdim olundu 17-01-2017 13:57 “Reina” qatili haqqında dəhşətli - Fakt 17-01-2017 13:56 Sərkisyana hücum olunub 17-01-2017 12:05 “Azərbaycan hakimiyyətində 1000-ə yaxın ABŞ agenti var...”- Rusiyalı hərbi ekspert 17-01-2017 11:54 Dünya bu FOTOdan danışır: Hamısını lüt soyundurub sıraya düzdülər, sonra isə... 17-01-2017 11:50 Ramil Usubovdan SƏRƏNCAM: Polkovniklər işdən qovuldu 17-01-2017 11:41 Azərbaycanlı iş adamı həbs edildi 17-01-2017 11:08 Bakıda 14 yaşlı oğlanı zorlayaraq videoya çəkdilər – CİNAYƏT 17-01-2017 11:04 Şəmkirdə maskalı şəxslər evə basqın edib – “Lampanı söndürdü, bıçağı boğazıma dirədi” 17-01-2017 10:53 Qarabağda erməni əsgəri yaralandı 17-01-2017 10:49 Gövhər Baxşəliyevadan ŞOK AÇIQLAMA: "O, 180 nəfərə saxta sənəd verib" 17-01-2017 10:48 "Reina" terrorçusu ilə birlikdə tutulan 3 QADININ SİRRİ AÇILDI 17-01-2017 10:45 Bu gün Davos forumu başlayır 17-01-2017 10:44 Millimizin sabiq baş məşqçisi axtarışa verildi 17-01-2017 10:27 Reina terrorçusu həbs edildi + VİDEO 17-01-2017 10:26 İŞİD terrorçuları üzərindən Azərbaycan pasportu tapılıb - VİDEO 16-01-2017 22:48 Erməni oğlanla evlənən azərbaycanlı qız ailəsinin FOTOLARını paylaşdı 16-01-2017 22:45 Sverdlovsk alverçiləri bu dəfə Lotu Quliyə xərac verəcəklər 16-01-2017 22:43 Məsud Bərzani istefa verdi 16-01-2017 21:11 Akif Çovdarov jurnalist ovunu davam etdirdi 16-01-2017 21:06 Ağdamda 56 yaşlı qadın intihar etdi 16-01-2017 21:05 9 ay hamiləliyindən xəbərsiz olub - Bakıda qəribə hadisə - VİDEO 16-01-2017 18:46 60-a yaxın Azərbaycan vətəndaşı terrorçulara qoşulub 16-01-2017 18:37 Prezident Elman Rüstəmova “2” verdi – baş bankir üçün geriyə sayım başladı 16-01-2017 18:33 General-leytenant: “Şəhidimizin qisası alındı” 16-01-2017 18:26 Bişkekdə qəzaya uğrayan “Boeing-747” haqda şok sirlər üzə çıxdı 16-01-2017 17:25 "Təfəkkür" universiteti fəaliyyətini dayandırdı 16-01-2017 17:14 İdmançıdan şok açıqlama: “Onların nəslində bir kişi yoxdur” - VİDEO 16-01-2017 17:11 Lənkəranskini dəfn edən axund danışdı: “Mərhumun üzünü görməsəydim...” 16-01-2017 16:56 Qüdrət Həsənquliyev 2016-cı ilin ən fəal deputatı oldu 16-01-2017 15:58 Qusarda kişi hər iki qolunun damarlarını kəsdi 16-01-2017 15:56 Bərdədə məscidə polis hücumu? – İmam və dindarlar şöbəyə aparıldı? 16-01-2017 15:55 Bakıda kafe işlədən qadın iş başında bıçaqlandı 16-01-2017 15:43 Valideynlərin uşaqlarla ünsiyyəti yerli və Avropa məhkəmə təcrübəsinin müqayisəli təhlili 16-01-2017 15:38 Partiya sədri: "Bütün gücümüz səfərbər olunmalıdır" 16-01-2017 15:28 Sərkisyan öldürüldü 16-01-2017 15:26 RƏZALƏT: Ağır xəstə təcili yardımla xəstəxanaları dolaşdı, heç biri qəbul etmədi 16-01-2017 15:21 «Leyla Şıxlınskaya» klinikasında biabırçılıq – İki körpənin həyatı ilə oynadılar 16-01-2017 15:09 Moskva metrosunu partladan 3 erməni - VİDEO 16-01-2017 14:53 Lənkəranskinin 5 metrlik heykəli Azərbaycana gətirildi 16-01-2017 14:48 25 yaşlı kişi intihar etdi - Bakıda 16-01-2017 12:59 Arvadını yandıran polis ''odnaklasnik'' şəkilinə görə işdən çıxarlbmış... 16-01-2017 12:56 Daşkəsəndə kütləvi dava 16-01-2017 12:55 Gənc oğlan 42 yaşlı sevgilisini və qızını güllələdi





Qatili Masallıya Məmişov göndərib? Şok qətliam sirri – VİDEO

22-12-2016 10:32Sosial
Qatili Masallıya Məmişov göndərib? Şok qətliam sirri – VİDEOPiter Elçinin kiçik qardaşının ötən gün Masallıda avtomat silahla güllələnməsi 6 ay əvvəl Rusiyanın Sankt-Peterburq şəhərində hamının gözü qarşısında sifarişlə öldürülən böyük qardaşın qətlini göz önünə gətirdi. Hər iki qardaş sifarişlə, güllələnərək qətlə yetirilib. Piter Elçinin kriminal aləmdəki nüfuz savaşı qardaşlarına niyə şamil olundu? Azərbaycan kimi kriminal durumun sabit olduğu bir ölkədə sifarişlə adam öldürməyə qədər cəsarət edən nüfuz sahibi kimdir?

Axar.az xəbər verir ki, kriminal avtoritet, kifayət qədər böyük nüfuz sahibi olan Piter Elçinin – Elçin Maşallah oğlu İsmayılovun qardaşı, Rusiya vətəndaşı, əslən Lənkəranın Boladi kəndindən olan 1979-cu il təvəllüdlü Fariz Maşallah oğlu İsmayılov Masallı rayonu ərazisində, Türkoba kəndi yaxınlığında naməlum şəxs tərəfindən ötən gün odlu silahla qətlə yetirildi. Qətl axşamüstü, 90 HV 110 dövlət qeydiyyat nömrə nişanlı "Folksvaqen-Passat" markalı avtomobildə olan şəxs tərəfindən, həm də avtomat silahla icra edildi. Məlumata görə, artıq qətldə iştirak edənlərdən biri könüllü olaraq polisə təslim olub.

Azərbaycanda avtomat silahın kimdəsə mövcudluğu bir sensasiya, qətlin məhz avtomatla törədilməsi növbəti sensasiyadır. Üstəlik, qatilin könüllü surətdə təslim olması bu qətlin arxasında böyük qüvvənin durduğuna dəlalət edir.

Maarif İsmayılov necə öldürülmüşdü?

Düz 6 ay əvvəl, iyunun 20-də iş adamı Maarif İsmayılov Sankt-Peterburqun Sofiysk meyvə-tərəvəz bazarının qarşısında qətlə yetirilmişdi. Qatil də azərbaycanlı idi – Emil Hüseynov.

Hadisədən dərhal sonra Sant-Peterburqda fəaliyyət göstərən “Fontanka” saytı “etibarlı mənbələrə” istinadla guya 27 yaşlı Emil Hüseynovla 60 yaşlı Maarif İsmayılov arasında borca görə münaqişə yaşandığı, borcunu ala bilmədiyi üçün E.Hüseynovun pnevmatik tapança ilə M.İsmayılovu vurduğu və ikincinin öldüyü barədə xəbər tirajladı. Ancaq az keçmədən yayılan iki ardıcıl video qətlin motivini aşkara çıxardı və Sankt-Peterburqdakı kriminal xəbərlər yazan medianın imkanlı şəxslərin sifarişi ilə rəy yaratmağa girişdiyi barədə şübhə yarandı.

Peterburq saytlarına müdaxilə edə bilən nüfuz sahibi kim ola bilərdi?

Qətl görüntüləri: Birinci video

Bu görüntüdə qətl anbaan qeydə alınmışdı. Qatilin uzaqda olduğu, onlar arasında heç bir mübahisənin baş vermədiyi, E.Hüseynovun gizləndiyi yerdən çıxaraq ilk gülləni uzaqdan vurması və daha sonra qaçıb yaxınlaşaraq, “kontrol atəşlə” M.İsmayılovu qətlə yetirdiyi aydın görünürdü. Tapança isə heç də pnevmatik deyildi.

İkinci video

Digər görüntüdə isə bazarda çalışan azərbaycanlıların qaçıb aradan çıxmaq istəyən E.Hüseynovu yaxaladıqları və al-qana boyanmış qatilin qətli sifarişlə törətdiyini etiraf etməsi əksini tapıb. Gözü qızan kütləyə Vaqif adlı şəxsdən sifariş aldığını deyən E.Hüseynov bu qətli 150 min dollar müqabilində icra etdiyini də bildirir.

21 dekabrda iki hadisə

Vaqifin kimliyini istintaq “hələ də araşdırır”. Ehtimallardan biri əlbəttə ki, Sankt-Peterburqda məskunlaşan məşhur azərbaycanlı milyarder Vaqif Məmişovun üzərində cəmləşir.

Sankt-Peterburqda böyük imkanlara malik olan Vaqif Məmişovu Azərbaycan ictimaiyyəti diaspor və azərbaycanlılara qayğısından daha çox, Sankt-Peterburqda vaxtilə baş konsul olan Qüdsi Osmanovla (hazırda Moldovadakı səfirimizdir) çəkişmələri və diplomatı şantaj cəhdləri ilə xatırlayır.

Yəqin ki, 2011-ci ilin Novruz bayramı ilə bağlı bu şəhərdə təşkil edilən bayram tədbirində Mirzə Baxışovun Peterburqdakı baş konsulumuzu qıza qarşı təcavüzdə ittiham etməsi və təcavüz olunduğu deyilən qızın da qalxıb, deyilənləri təsdiqləməsi çoxlarının yadındadır. Uzun müzakirə və istintaqla bərabər, media açıqlamalarından sonra qızın tərəddüdlü cavabları şübhələrə yol açdı, həmçinin Mirzə Baxışovun çıxışı zamanı yanında dayananların Vaqif Məmişovun qardaşı oğlanları olduğu üzə çıxdı. Təcavüz təxribatı ifşa olundu və bu təxribatın arxasında Vaqif Məmişovun dayandığı bilinəndən sonra ara sakitləşdi...

Maraqlı burasıdır ki, milyonçu Məmişov Gürcüstanda doğulmasına rəğmən, Masallıdan olduğunu bildirir və ətrafındakı şəxslər də əsasən Masallı və Lənkəran rayonundan olanlardır.

Məhz Maarif İsmayılovun qətli ilə bağlı Sankt-Peterburqda başlayan istintaqa dekabrın 21-də Vaqif Məmişov ifadə vermək üçün dəvət edilib. Vaqif Məmişov istintaqa ifadə verərkən isə Masallıda M.İsmayılovun gənc qardaşı qətlə yetirildi.

Piter Elçin kimdir?

Sankt-Peterburqda kriminal aləmdə böyük nüfuz sahibi olan Piter Elçinin məşhur qanuni oğru Rövşən Lənkəranskinin klanına daxil olduğu barədə məlumatlar var. Bildirilir ki, Rövşən Lənkəranski Ded Xasan qətlindən sonra Rusiyadan qaçmağa məcbur olanda onun kurasiyasında olan bazarlara tərəfdarları nəzarət edib.

Bu bazarlardan biri də Sankt-Peterburqdakı Sofiysk meyvə-tərəvəz bazarıdır. Maarif İsmayılov bu bazarın işlədilməsinə nəzarət edib, Piter Elçin isə Rövşən Lənkəranskinin xeyir-duası ilə onun kriminal təminatçısı rolunda çıxış edib.

R.Lənkəranskinin Rusiyadan uzaq olması, kriminal aləmdəki rəqib klanın aktivləşməsi onun bu ölkədəki tərəfdarlarının da sıxışdırılmasını şərtləndirirdi. Redaksiyamıza bilgi verən mənbənin sözlərinə görə, M.İsmayılovun qətli də Lənkəranski tərəfdarlarına hücumun tərkib hissəsi və onun təsir dairəsindəki biznesinə sahib olma istəyindən irəli gəlirdi.

Ancaq iyunun 20-də qardaşı Maarif İsmayılovun Peterburqda, avqustun 18-də isə klanın lideri Rövşən Lənkəranskinin Türkiyədə qətlə yetirilməsindən sonra belə Piter Elçin rəqiblərinin gözləntilərini gözündə qoyub. Belə ki, nəinki öz nüfuz dairəsində olan obyektləri qorumaqda israrlı görünüb, üstəlik, Rövşən Lənkəranskinin mövqeyinə iddialı əsas namizədlərdən biri kimi çıxış etməyə başlayıb.

Kriminal aləmdə nüfuz sahibi olan və qarşısında imkanlı rəqiblərini görən Elçinin qardaşının təhlükəsizliyini təmin etmək niyyəti ilə 1979-cu il təvəllüdlü Fariz İsmayılovu Azərbaycana göndərdiyi iddia edilir. Azərbaycanın “qırmızı zona” olduğu və kriminal aləmin bura nüfuz edə bilmədiyi faktı Elçini bu addımı atmağa həvəsləndirib.

Lakin gözlənilmədən Masallıda Piter Elçin növbəti qardaşını itirdi. Həm də məhz milyarder Vaqif Məmişovun Sankt-Peterburqda Maarif İsmayılovun qətli ilə bağlı aparılan istintaqda dindirildiyi gün.

Qisas olacaq?

Piter Elçinin bundan sonra atacağı addımlar və rəqiblərinin kimliyi barədə “qisas seriyası ilə” ictimaiyyətə və kriminal aləmə mesaj ötürəcəyi iddia edilir. Yalnız bundan sonra sifarişçilərin əsl kimliyi üzə çıxacaq.

Hələlik isə Vaqif Məmişovun bu cinayətlə əlaqəsi yalnız M.İsmayılovun qatilinin videoya düşən “sifarişçi Vaqifdir” etirafından o tərəfə keçmir. Sifarişçinin V.Məmişov olduğu şübhəsi isə azərbaycanlı milyarderin istintaqa çağırılması ilə məhdudlaşır.

Loading...

Ən çox oxunan

TÜKÜRPƏDİCİ CİNAYƏT: 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı – KOLLUQDA
TÜKÜRPƏDİCİ CİNAYƏT: 57 yaşlı salyanlı kürəkəninin 16 yaşlı bacısını dəfələrlə zorladı – KOLLUQDA
Metroda biabırçılıq - Özlərini saxlaya bilmədilər - VİDEO
Metroda biabırçılıq - Özlərini saxlaya bilmədilər - VİDEO
Bakıda gənc qızı ikinci görüşdə zorladılar
Bakıda gənc qızı ikinci görüşdə zorladılar
Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU
Altı ayda ''Piter Elçin''in iki qardaşının qətlinə səbəb olan Lənkəranski kimdir? - QƏTL ANININ VİDEOSU
Oğlu restoranda itinə ad günü keçirdi - Ona görə Elmar Məmmədov işdən çıxarıldı
Oğlu restoranda itinə ad günü keçirdi - Ona görə Elmar Məmmədov işdən çıxarıldı
Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu
Avtoritet Elçin və güllələnən qardaşının - VİDEOsu
İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO
İstanbulu qana boyayan terrorçu “Şaxta baba” belə görüntüləndi - 39 ölü, 69 yaralı - VİDEO
İstanbulu qana boyayan şəxs - FOTO
İstanbulu qana boyayan şəxs - FOTO
Əli avtomatlı azərbaycanlı qadın deputatı təhdid etdi: ” Gəlib bu avtomatla…” – VİDEO
Əli avtomatlı azərbaycanlı qadın deputatı təhdid etdi: ” Gəlib bu avtomatla…” – VİDEO
Quli Rövşənin adamlarına belə işgəncə verdirir - VİDEO/18+
Quli Rövşənin adamlarına belə işgəncə verdirir - VİDEO/18+