22 dek 10:27Sosial

Universitetdə hərbi hisslərimizin qəhrəmanlığına dair tədbir keçirilib

Universitetdə hərbi hisslərimizin qəhrəmanlığına dair tədbir keçirilib2016-cı il dekabrın 20-də saat 1200-da Elm və Təhsil Mərkəzi Təfəkkür Universietində Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə və Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin təşkilatı dəstəyi ilə “Qarabağ müharibəsində Hərbi hissələrimizin qəhrəmanlıqlarının torpaqlarımızın azad edilməsində rolunun gənclər arasında təbliği” adlı layihənin təqdimatına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Universitetin rektoru professor- Rahim Hüseynov bildirib ki, Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş şəxslərin tanıdılmasında, gənclərimizə örnək göstərilməsində təbliğata və müxtəlif tədbirlərin keçirilməsinə ehtiyac var. Onu da qeyd etdi ki, Universitetimizin 2013-cü il məzunu olan Nuranə Nəcəfovanın bu gün bizim müəssisəmizdə tədbir keçirməsi bizim üçün iki qat sevinc və fəxrdir.

Tədbirdə çıxış edən İctimai Birliyin sədri, 701 saylı hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə hərbi hissənin yaranma tarixi, keçdiyi şanlı döyüş yolu haqqında ətraflı məlumat verib. Bildirilib ki, o zaman Kəlbəcər uğrunda gedən gərgin döyüşlərdə Milli Ordumuzun əsgər və zabitləri böyük əzmkarlıqla vuruşaraq, özlərindən dəfələrlə üstün olan düşmən qüvvələri qarşısında mətanətlə dayanıblar.

Bu gün cəmiyyətdə Qarabağ müharibəsi zamanı aparılan döyüş əməliyyatları və onların nəticələri, hərbi hissələrin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar haqqında gənclər arasında geniş təbliğat aparılır.

Bizim qəhrəmanlıq səhifələrimizi təbliğ etmək məqsədi ilə hər bir kəs öz peşəsi sahəsində imkanlarından bacarıqla istifadə edərək Milli Ordumuzun müasir dövrdə baş verən döyüş əməliyyatlarında göstərdiyi şücaət və qəhrəmanlıqları işıqlandırmalı, sənədli və bədii filmlər, rəsmlər çəkilməli, povestlər yazılmalı, qəhramanlıq simaları yaradılmalı və əbədiləşdirilməlidir.

Bu sahədə görülən işlər ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda davam edən silahlı mübarizədə Azərbaycan Ordusunun ruhunu gücləndirir, əhalidə Ordumuza, Azərbaycan əsgərinə inam hisslərini möhkəmləndirir.

Tədbirdə Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin rektor əvəzi professor Rahim Hüseynovun, AMEA- nın tarix elmləri doktoru Hacı Həsənovun, Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri e.o. polkovnik Əzizağa Qəni-zadənin, Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondu tərəfindən “Qarabağ müharibəsində Hərbi hissələrimizin qəhrəmanlıqlarının torpaqlarımızın azad edilməsində rolunun gənclər arasında təbliği” mövzusunda layihənin icraçısı Nuranə Nəcəfovanın, müharibə veteranlarının çıxışları dinlənilmiş, Silahlı Qüvvələrimizin hərbi hissələrinin döyüş yoluna həsr olunmuş tarixi-xroniki qısametrajlı sənədli film göstərilib, gənclərin müharibə və qəhrəmanlıq mövzularında çəkdikləri rəsm əsərləri nümayiş olunub və " Cənab Zabitlər" adlı hərbi klip nümayiş etdirilmişdir.
Universitetdə hərbi hisslərimizin qəhrəmanlığına dair tədbir keçirilib
loading...
Reklam
XƏBƏR LENTİ