21 dek 18:32Sosial

Sevdiyi oğlan qızı zorlamaq istədi, qız öldü - FOTO

Sevdiyi oğlan qızı zorlamaq istədi, qız öldü - FOTONişanlısını və özünü ölümlə hədələyən kişi ilə üzləşməyə gedən gənc qız öldürülüb.

Türkiyənin Adana şəhərində yaşayan Türkan Sarıkaya adlı 28 yaşlı gənc qız ona aşiq olan, lakin sevgisinə cavab ala bilmədikdən sonra ona hədə-qorxu gələn 29 yaşlı Bünyamin F. ilə üzləşmək üçün onun ofisinə gedib. Lakin aralarında çıxan mübahisədən sonra Bünyamin qadını iplə boğmağa başlayıb. Bir müddət sonra isə Sarıkayanın əynindəki “kalqotka”nı cıraraq çıxarıb və onunla gənc qızı boğub. Lakin qızı öldürə bilmədikdə başına küt alətlə zərbələr endirib.

İddialara görə, 29 yaşlı kişi qadının əynindən “kalqotka”sını çıxardıdan sonra ona qarşı seksual xarakterli hərəkətlər edib və zorlamağa çalışıb.

Qız komaya düşdükdən sonra onu sərxoş kimi göstərmək üçün qızın ağzına çoxlu miqdarda spirtli içki töküb, zorla içirməyə çalışıb.

Daha sonra isə Bünyamin kömək üçün qardaşı Utku F. və dostu Ali Cana müraciət edib və qadını qohumlarının evinə atıb qaçıblar.

Xəstəxanaya çatdırılan gənc qız isə 8 gün komada qaldıqdan sonra dünyasını dəyişib.

Missiya.az
loading...
XƏBƏR LENTİ