14 mar 16:21Sosial

“Kamran Həsənlinin səs yazısı istintaqa təhvil veriləcək”

“Kamran Həsənlinin səs yazısı istintaqa təhvil veriləcək”Aparıcı Kamran Həsənlinin müğənni Samir Piriyevə 80 min dollar borculu olması və qaytarmaması ilə bağlı yeni nüanslar bəlli olub.

S.Piriyevin vəkili Ruslan Əhmədoğlu bildirib ki, Kamran Həsənlinin borcu olduğunu etiraf etməsi barədə əllərində səs yazısı var: “Kamran Həsənli ilə Samir Piriyev arasında olan telefon danışıqlarının səs yazısı sabah istintaqa təhvil veriləcək. O səs yazısında Kamran Həsənli birbaşa etiraf edir ki, Samir pulu ona verib və Samirə borcu var. Həmin telefon danışığında Samir Kamrana deyir ki, sənə 115 min dollar pul vermişəm, 5 ildir qaytarmırsan. Kamran da borculu olduğunu etiraf edir və deyir ki, evini satışa qoyub, adamlar gəlib baxırlar, satan kimi qalan borcunu ödəyəcək.

Bu faktları istintaqa verdikdən sonra, prokurorluq etiraz etməzsə, səs yazılarını mətbuata yayacağıq. Mövcud olmayan türk üzərində bu qədər dayanmaq olmaz. Varsa, belə bir adam gəlsin ortaya çıxsın. Kamran Həsənli özünün sürdüyü maşını 20 min dollar əvəzinə Samirə verdiyi etiraf edir. Əgər borcu yoxdusa, niyə bunu edirdi?”.

Qeyd edək ki, Nərimanov rayon prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə cinayət işi açılıb. S.Piriyev bildirib ki, K.Həsənli ondan 115 min dollar alaraq Türkiyədə biznes quracağını vəd edib.

qafqazinfo.az
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ