29 noy 19:05Sosial

Gənclər Fondunun dəstəyi ilə Qubada “Gənc intellekt” turniri davam edir

Gənclər Fondunun dəstəyi ilə Qubada “Gənc intellekt” turniri davam edirAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin qalibi olan Raman Kərimovun icra etdiyi “Gənc intellekt” adlı turnir çərçivəsində növbəti tur keçirilib.

ADPU-nin Quba filialında keçirilən tədbirdə çıxış edən layihə rəhbəri Raman Kərimov qeyd edib ki, layihənin əsas məqsədi tələbə və gənclərin asudə vaxtının intellektual oyunlarla səmərəli təşkilinə nail olmaq və Azərbaycan ədəbiyyatı, tarixi, mədəniyyəti, eləcə də dünya barədə biliklərinin zənginləşdirilməsidir.
8 turdan ibarət yarışında sonunda ən çox xal toplayan komandanın qalib gələcəyi turnirdə 8 komanda Nə? Harada? Nə zaman? oyunu üzrə qüvvəsini sınayır. Altı turdan sonra “Əmma” biliciləri 22 xalla liderdir. “Kron” komandası 19.5 xalla ikinci, “Anaksiman” komandası isə 13.5 xalla üçüncü pillədə qərarlaşıb.
Layihənin sonunda qalib və mükafatçılara kubok, medal, diplom və digər hədiyyələr təqdim olunacaq.

İlin sonunadək davam edəcək layihə çərçivəsində növbəti tur noyabrın 30-da baş tutacaq.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46