10 mar 16:37Sosial

"Samir Piriyevə bir qəpik də pul `atmamışam" - Kamran Həsənli

"Samir Piriyevə bir qəpik də pul `atmamışam" - Kamran HəsənliXəbər verdiyimiz kimi, tanınmış teleaparıcı Kamran Həsənliyə qarşı dələduzluq maddəsi ilə cinayət işi açılıb.

K.Həsənli müğənni Samir Piriyevin 80 min dollar pulunu mənimsəməkdə ittiham olunur. Baş Prokurorluq faktı təsdiqləyib. Bildirilib ki, Kamran Həsənli barəsində daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğu tərəfindən fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq Rayon Polis İdarəsinin istintaq şöbəsində davam etdirilir.

80 minlik dələduzluqda adı hallanan K.Həsənli AzVision.az-a açıqlamasında günahsız olduğunu deyib.

“Mənə qarşı heç bir cinayət işi açılmayıb. Haqqımda deyilənlər yalandır. Mən Samir Piriyevin bir qəpik də pulunu mənimsəməmişəm. Samirlə yaxşı münasibətimiz olub. Aramızda indiyədək problem yaranmayıb. Günahsızsam, sadəcə onu deyə bilərəm”-deyə K.Həsənli qeyd edib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ