27 noy 18:38Sosial

Nazir qayınına yeni vəzifə verdi

Nazir qayınına yeni vəzifə verdiDaxili İşlər naziri, general-polkovnik Ramil Usubov daha bir əmr verib.

Avrasiya.net mia.az-a istinadən xəbər verir ki, nazirin əmri ilə Daxili İşlər Nazirliyi Baş Katibliyinin rəisi, general-mayor Nüsrət Şirinova yeni vəzifə verilib.

N.Şirinov bundan sonra Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsini icra edəcək.

Məlumat üçün onu da bildirək ki, general Nüsrət Şirinov Ramil Usubovun qayınıdır.

Xatırladaq ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi Ərziman Əliyev bir müddət öncə pensiya yaşının çatması ilə bağlı işdən çıxarılıb.
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47