27 noy 18:35Sosial

Silahlı Qüvvələrimizin fədakarlığının təbliği ilə bağlı tədbir keçirilib

Silahlı Qüvvələrimizin fədakarlığının təbliği ilə bağlı tədbir keçirilibAzərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin ölkəmizin mənafeyi, ərazi bütövlüyü və müstəqilliyinin təmin edilməsi uğrunda fədakarlığının təbliği” mövzusunda layihə həyata keçirir.

Layihənin növbəti tədbiri 25 noyabr 2016-cı ildə saat 11:00-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları təşkilatının binasında keçirilmişdir.

Layihənin rəhbəri Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadədir. Bu hərbi-vətənpərvərlik layihəsinin başlıca məqsədi Silahlı Qüvvələrin hərbi hissələrinin ən yeni hərb tariximizdə baş vermiş döyüş əməliyyatlarında göstərdikləri qəhrəmanlıqları təbliğ etmək, həmçinin hərbi xidmətə çağırılacaq gəncləri və hərbi xidmət keçən hərbçiləri düşmənin hər hansı təcavüz cəhdinin dəf olunmasında və ölkənin ərazi bütövlüyünün müdafiəsində Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinə malik olduğuna əmin etmək və onları hərbi-vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Həyata keçirilən layihə müasir gənclərin və hərbçilərin doğma ordumuz tərəfindən göstərilmiş qəhrəmanlıqlarına diqqəti artıracaq və onlar bu sahədə maksimum dərəcədə biliklənəcəklər.

Tədbirdə layihə çərçivəsində hazırlanmış ideya müəllifi Əzizağa Qəni-zadəyə məxsus, rəssam və heykəltaraş Natiq Camal Əfşarın ərazi bütövlüyümüz uğrunda şəhid olmuş əsgər və zabitlərimizin xatirəsinə həsr edilmiş “Əsrin Qəhrəmanlığı” adlı memorial kompleksin və kütləvi qəhrəmanlıq səhnəsini özündə əks etdirən “Kəlbəcərin müdafiəsi (701 –ci briqada)” adlı rəsm əsərinin açılışı olmuşdur. Tədbirdə Silahlı Qüvvələrimizin hərbi hissələrinin ən yeni hərb tariximizdə baş vermiş döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlıqlara həsr olunmuş məruzələr də dinlənilmişdir.
Tədbirdə layihənin rəhbəri Silahlı Qüvvələrin Hərbi hissələrinin ən yeni hərb tarixində baş vermiş döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara həsr olunmuş geniş məruzə ilə çıxış etmişdir.

Silahlı Qüvvələrimizin fədakarlığının təbliği ilə bağlı tədbir keçirilibTədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Zabitlər Konfederasiyasının sədri general- mayor Məmmədhüsyen Sarıyev, Milli Qəhrəman M. İbrahimov adına Gənc Nəqliyyatçılar klubunun prezidenti Rüfət Rəsul, rəssam-heykəltaraş Nariq Camal Əfşar, 701-ci hərbi hissənin veteranı Fatma xanım Qədirova çıxışlar etmişdirlər.
Tədbirdə Azərbaycan Respublika Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının sədr müavini e.o.polkovnik Cəlil Xəlilov, 701 saylı hərbi hissənin veteranları, 151 saylı tam orta məktəbin müəllim və şagird heyəti və digər ictimaiyyət nümayəndələri iştirak etmişdirlər.

Qeyd edək ki, hərb tariximizə nəzər salsaq istər rus-yapon müharibəsində, istər birinci və ikinci dünya müharibələrində və istərsə də ən yeni hərb tariximizdə baş vermiş döyüş əməliyyatlarında hərbçilərımızın çoxlu sayda kütləvi qəhrəmanlıqlarından danışa bilərik. Hərb tariximizdə kütləvi qəhrəmanlıq nümunələrinin təbliğini və bu həqiqətləri biz mahnılarımızla və hərbi marşlarımızla onu geniş və kompleks şəkildə xalqımıza çatdırmalıyıq.
Məqsədimiz Azərbaycanın müasir hərb meydanında şücaət göstərmiş Silahlı Qüvvələrin hərbi hissələrinin göstərdiyi qəhrəmanlıqları Azərbaycan ictimaiyyətinə çatdırmaqdır.

Bu tarixi həqiqətləri gənclərə çatdırmaq və bu sahədə geniş təbliğat aparmaq üçün biz müharibə veteranlarının üzərinə böyük vəzifə düşür. Ümumiyyətlə, Azərbaycanın Müasir hərb tariximizdə hərbi hissələrimizin göstərdiyi qəhrəmanlıqlar geniş təbliğ olunmalı, dərsliklərə salınmalı, qəhrəmanlıq göstərmiş hərbi hissələrimizin xatirəsini əbədiləşdirmək üçün rayon və şəhərlərdə kütləvi qəhrəmanlıq səhnələrini əks etdirən monumental abidə kompleksləri yaradılmalı və parklar salınmalıdır.

Bütün bunlar cəmiyyətdə sosial ədalətin də bərqərar olması baxımından vacibdir. Ümumiyyətlə, vətənpərvərlik ruhunun yüksəldilməsi üçün yazılmış əsərlərə, bəstələnmiş mahnılara, verilişlərə, sənədli filmlərə və vətənpərvərlik mahnılarına ciddi diqqət yetirilməlidir.
Bu düşüncələrin reallığa çevrilməsi bir istək kimi o halda gerçək ola bilər ki, bizlər Müstəqil Azərbaycanın möhkəmləndirilməsi uğrunda- Silahlı Qüvvələrin hərbi hissələrinin qəhrəmanlıqlarını birgə tanıdaq və təbliğ edək.
loading...
Reklam
XƏBƏR LENTİ