22 noy 19:51Sosial

Kişi boşandığı arvadını vəhşicəsinə döydü: “Sən fahişəsən!” + Foto

Kişi boşandığı arvadını vəhşicəsinə döydü: “Sən fahişəsən!” + FotoBoşandığı ərindən aliment tələb edən daha bir qadın əri tərəfindən döyülüb.

Binəqədi rayon sakini Arzu Qəbliyeva əri tərəfindən işgəncələrə məruz qaldığını AzNews.az-a danışdı:

- Mən yoldaşımla 2003-cü ildə ailə qurduq. Özüm ali təhsilliyəm. Həmin gündən ailədaxili zorakılıqlar, dava-dalaşlar, münaqişələr olub. Amma həmişə demişəm ki, düzələr. Bununla belə iki qızım, bir oğlum dünyaya gəlib. Hamı deyirdi ki, uşaq olan kimi düzələcək. Qızlar oldu, düzəlmədi. Dedilər oğlu olandan sonra dəyişəcək, səbriniz olsun. Oğlan olandan sonra münasibətlər bir az da gərginləşdi. Mən bir qadın olaraq ondan bir manat da pul görmədim. Mən onunla evlənəndə yoldaşım heç kim idi. 20 Yanvar metrosunun üstündə yerləşən ticarət yarmarkasında adi parça satırdı. Onu atam-anam işə düzəlti, təhsillə təmin etdilər, aptek açdılar, işləyib qudurdu. Başladı məni söyüb-döyməyə. Həyatına başqa qadınlar saldı. Bir dəfə gedib həmin qadınların biri ilə görüşdüm. Gəldim evə, həmin qadın mənə yoldaşımla birlikdə olan şəkillərini atdı. Məni qadını olaraq saymırdı. Aylarla mənə qadın kimi yaxınlaşmırdı. Deyəndə də deyirdi ki, “mən beləyəm, səni saymıram. İstəyirsən qal, istəmirsən, rədd ol get”.

- Bu zülmə nə qədər dözdünüz?

- 14 il. Axırda ərizə verib boşandım. Ali təhsilli qadınam, ayağımın üstündə dayana bilirəm, heç bir qadından fərqim yoxdur, işləyirəm. Yoldaşımgilin evi 3 mərtəbəlidir. Məhkəmə mənə həmin evdə yaşayış hüququ verdi. Qərara görə, onun 2-ci mərtəbəsində yaşadım. Onun mənə verdiyi zülmə baxmayaraq, ata-anasına evimə gəlməyə icazə verdim. Uşaqları nənəsi və babasından məhrum edə bilmərəm. Mən onlardan pislik görməmişəm.

- Ondan boşanmısınız, üstünüzdə onun hüququ yoxdursa sizi niyə döyür?

- Dava aliment və ev üstündə düşdü. Mən ona dedim ki, sənin olduğun evdə yaşaya bilmirəm. Mənim evimə girmə, alimenti ver, get. Gəlir, qapını açır “sən fahişəsən” deyib gedir. Uşaqlar da eşidir. Bu nə qədər olar? Dedim ki, əgər fahişəyəmsə bundan sənə nə? Səndən ayrılmışam, özüm bilərəm, nəyəm. Sənə aidiyyatı yoxdur. Uşaqların evdə olmamağından istifadə edib evə soxuldu. Mən də balaca oğlumla idim. Təhqir-təhqirin ardınca, gördüm uşaq eşidir, dedim, çıx bayıra. Yox, əgər yaşamağa imkan vermirsənsə, mənə düşən kompensasiyanı ver, çıxım gedim. Başladı ki, “sənə heç nə verməyəcəm, səni öldürəcəm” deyib, üstümə cumdu. Təpiklə başıma vurdu, yıxıldım. Başımdan qan axdı. Bu da onu qorxutmadı. Dirsəyini boğazıma dirəyib “sən ölməlisən ki, biz işimizi bilək” deyə məni boğmağa başladı.

- Qısqanırdı sizi?

- Yox, pula görə, aliment vermək istəmir. Davaya qaynanam gəldi. Onun gəlişindən istifadə edib küçəyə çıxdım, taksiyə oturub anam gilə getdim. Ordan da xəstəxanaya apardılar. Başıma tikiş atdılar. Orta-ağır, kəllə-beyin travması aldım, 3 həftə xəstəxanada müalicə olundum. Ordan çıxandan sonra atama dedim ki, mənim uşaqlarımı gətir. Hazırda uşaqlar yanımdadır. Mən o evə qayıda bilmərəm. Gecə başımı kəsər.

- Hüqüq mühafizə orqanları nə deyir?

- Binəqədi rayon Polis Şöbəsinə müraciət etdim. İşə baxan yoxdur. Hazırda isə Respublika Prokurorluğuna müraciət etmişəm. Yoldaşım həbs olunmaq əvəzinə, aptekində alver edir, sanki bunlar olmayıb.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ