19 noy 15:28Sosial

Azərbaycanda ŞOK OLAY: Ata nikahsız uşaq dünyaya gətirən qızının övladını...

Azərbaycanda ŞOK OLAY: Ata nikahsız uşaq dünyaya gətirən qızının övladını...Azərbaycanda müzakirələrə yol açan bir olayının üstü açılıb. Nikahdankənar doğulan 5 yaşlı uşağı babası öz himayəsinə keçirib. Yəni, qızı nikahdankənar uşaq dünyaya gətirib. Həmin uşaqdan utanc hissi keçirən baba onu övladlığına götürüb və ona öz atalığını verib. Qızı isə anası olaraq qeydiyyata düşüb. Nəticədə uşağın anası qızı, atası isə özü olub. Məsələ qadın təşkilatları tərəfindən müsbət qarşılanmayıb. Çunki uşağın sənədlərinə baxış zamanı o, insest- birinci dərəcədən qohumlarla cinsi əlaqədən dünyaya gələn uşaq kimi qəbul edilə bilər.

“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib ki, adətən baba və nənənin nəvələrini himayəsinə götürmələri kimi hallar baş verir:

“Bəzi hallarda nənə-baba uşağı öz adına keçirir. Uşaq bu halda öz anasının bacısı və ya qardaşı hesab olunur. Çox hallarda uşağa o fikir aşılanmır ki, əsl anası kimdir. Bu özü psixoloji bir baryer yaradır. Uşaq bunu biləndə ciddi travmalar ala bilir. Anası ilə münasibəti tənzimlənə bilmir. Amma babanın nəvəsini ata kimi himayəsinə keçirməsində fərqli bir məsələ ortaya çıxır. Anormallıq odur ki, uşağın babası onun atası, qızı isə anası hesab olunur. Elə bil ki, qız doğma atasından uşaq dünyaya gətirib. Bu, bir az xoşagələn tendensiya deyil. Bəzi hallarda beynəxalq təşkilatlarda deyir ki, Azərbaycanda insest çoxdur. İnsest isə doğmaları ilə cinsi münasibətdə olmaq deməkdir. Bu, məni narahat etdi və maarifləndirmə işinə başladıq ki, Azərbaycan haqqında belə iddialar səslənməsin. Azərbaycanda ata öz qızı ilə, qardaş öz bacısı ilə cinsi münasibətə girir deyə fikirlər yayılır”.

QHT sədrinin sözlərinə görə, əslində bu halların baş verməsi uşağı atasız qalmaması üçün edilir: “Amma bunun zərəri xeyri tərəfindən çox olur. Bu hallar isə ən əsası uşaqların psixologiyasına ciddi zərər vura bilər. Eyni zamanda ölkə haqqında da yaxşı fikir formalaşmır. Kimsə bu məsələni araşdırsa sənədlərdən belə çıxacaq ki, ata ilə qız cinsi münasibətdə olublar və uşaq dünyaya gəlib.Belə məsələlərdə bir qədər diqqətli olmaq lazımdır. Rəsmi sənədləri qeydiyyatdan keçirənlər də ölkənin mənafeyi, maraqları baxımından belə şeylərə diqqət etməlidirlər.

Yəni, uşağın öz atasını tapmağa, onun qanuni atalıq hüququnu tanımağına qanunvericilik yol verdiyi halda, bu cür vasitələrə əl atmaq düzgün deyil. Atalıq faktorunu müəyyən etmək lazımdır. DNT və bioloji analizlər var. Son nəticədə ana övladını öz adına keçirməlidir. Valideynlər bir çox hallarda öz qızlarının adını qorumaq üçün bu cür vasitələrə əl atırlar. Amma ciddi qüsurlara yol verirlər. Belə adamlar daha qlobal düşünə bilmirlər”.

cebhe.info
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ