18 noy 11:14Sosial

Elnur Eltürk mükafatlandırıldı - FOTO

Elnur Eltürk mükafatlandırıldı - FOTOJurnalist Elnur Eltürkün adı Azərbaycan oxucularına çox tanışdır. Onun imzasına ancaq Azərbaycan mətbuatında deyil, Türkiyə və digər Türk dövlətlərinin mətbuatında da rast gəlmək olar.

Elnur Eltürk Türk dünyasına qəlbən bağlı olduğu üçün fəaliyyətinin əsas istiqaməti də Türk dünyasına xidmət olub və bu gün də belədir. Dayanmadan Türk dünyası üçün çalışan, mətbuatda bacardıqca Türk dünyasına yönəlik yazılarla çıxış edən Elnur Eltürkün fəaliyyəti Hollandiya Türk Federasiyasının (HTF) da diqqətini çəkib və HTF tanınmış jurnalisti “Təşəkkkür palketi” ilə mükafatlandırıb. “Mən Türk dünyasına qəlbən bağlı biriyəm. Hər zaman xəyallarımda Türk dünyası, Turan üçün bir şeylər etmək istəyirəm. Nə xoşdur ki, bu fəaliyyətim uzaq Hollandiyada da diqqət çəkib. Ancaq hesab edirəm ki, bu həm Hollandiya Türk Federasiyasının Türk dünyasında baş verənləri diqqətlə izləməsinin nəticəsidir.

HTF tərəfindən mükafatlandırmam çox xoş oldu. Məni bu mükafata layiq bildiklərinə, mənə bu xoş anları yaşatdıqlarına görə başda HTF – nin Genəl Başqanı Murat Gedik bəy olmaqla HTF idarə heyətinə və bütün HTF - kollektivinə təşəkkür edirəm. Bu mükafatı mənə verənlər və digər dostlar da əmin olsunlar ki, bu cür diqqət məni daha da həvəsləndirir və mən bundan sonra da Türk dünyası üçün xidmət edəcəm”.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30