16 noy 10:54Sosial

Direktorun şagirdi zorlamasına münasibət - “Hansı formada olduğunu bilmirik”

Direktorun şagirdi zorlamasına münasibət - “Hansı formada olduğunu bilmirik”Zərdab rayon İcra Hakimiyyəti Şahhüseynli kənd orta məktəbinin direkteru Ceyhun Tofiqlinin şagirdini zorlaması hadisəsinə münasibət açıqlayıb.

İcra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Pərvin Mahmudova AzNews.az-a açıqlamasında belə hadisənin baş verdiyindən məlumatlı olduğunu dedi:

“Hadisədən xəbərdarıq. Bilirik ki, belə bir narahatlıq baş verib, amma hadisə hansı formada olduğunu mən onu dəqiq bilmirəm”.

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Vəliyev isə məsələdən xəbərsiz olduğunu dedi.

Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli həbs edilib. O, şagirdini zorlamaqda ittiham olunub.
loading...
XƏBƏR LENTİ