Sosial şəbəkələrdə yalan xəbər yayanlar həbs olunacaqlar » Avrasiya.Net
 
15 noy 13:27Sosial

Sosial şəbəkələrdə yalan xəbər yayanlar həbs olunacaqlar

Sosial şəbəkələrdə yalan xəbər yayanlar həbs olunacaqlar “Azərbaycanda sosial şəbəkələrdə saxta profillərlə, başqa şəxslərin adları və saxta adlarla yalan xəbər, məlumat yayanlar, təhqiramiz fikirlər, təhlükəli çağırışlar edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib.

Deputat bildirib ki, artıq Baş prokuror Zakir Qaralovun imzası ilə Cinayət Məcəlləsinə yeni maddə-148-1 maddəsi əlavə edilməsi üçün qanun layihəsi Milli Məclisə daxil olub.

“Bundan sonra sosial şəbəkələrdə saxta profillər, adlar və ya hesablardan istifadə edərək böhtan atma və təhqirlərdən istifadəyə görə cinayət məsuliyyəti yaranacaq. Bu, Azərbaycanda bir yenilikdir.

Artıq bundan sonra bu məsələlərə ciddi hüquqi qiymət veriləcək".
loading...
XƏBƏR LENTİ