13 noy 20:48Sosial

Qardaş bacısını öldürdü

Qardaş bacısını öldürdüGöyçay rayonunda qətl hadisəsi törədilib. APA-nın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçayın Alpoud kəndində qeydə alınıb.

Sumqayıt şəhər sakini Kərimov Araz İlqar oğlu Bakıdan Göyçayın Alpoud kəndinə qonaq gələn bacısı, 1988-ci il təvəllüdlü İsrafilova Zeynəb İlqar qızını bıçaqlayaraq qətlə yetirib. Nənəsinin evində bıçaqlanan Zeynəb İsrafilova təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılarkən çoxlu qan itirməsi səbəbindən yolda dünyasını dəyişib.

İki uşaq anasının həyat yoldaşından ayrıldığı və onun qardaşı tərəfindən qısqanclıq zəmnində aralarında baş verən dava zamanı qətlə yetirildiyi bildirilir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
loading...
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
24-06-2017, 13:11
24-06-2017, 10:37
23-06-2017, 16:32
23-06-2017, 16:21