09 mar 11:18Sosial

Fondun sədri Salyanda qəbul keçirəcək

Fondun sədri Salyanda qəbul keçirəcəkDövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev martın 16-da, saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Avrasiya.net-ə verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında - (012) 434-12-34, Salyan rayon şöbəsində (02125) 5-50-61, Şirvan şəhərinin şöbəsində (02121) 5-10-22, Hacıqabul rayon şöbəsində (02120) 4-41-31, Neftçala rayon şöbəsində (02126) 3-34-00, Biləsuvar rayon şöbəsində (02529) 5-00-22.

Qəbulda iştirak edəcək vətəndaşların martın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24