11 noy 15:54Sosial

Müavinini zorlamaqda ittihamlanan direktor işdən çıxarıldı

Müavinini zorlamaqda ittihamlanan direktor işdən çıxarıldıBakının Xəzər rayonunun 230 saylı məktəbinin direktoru işləmiş Elşən Qafarov ilə onun müavini Ləman Babayeva arasında baş verən qalmaqalla əlaqədar olaraq, məktəbin direktoru vəzifəsindən azad edilib.

Trend-in verdiyi məlumata görə, bu barədə E.Qafarov özü məlumat verib. E.Qafarov deyib ki, Xəzər rayonunun 230 saylı məktəbinə 2012-ci ilin sentyabrında direktor təyin edilib.

O bildirib ki, vəzifəsindən azad olunması üçün Təhsil Nazirliyinə ərizə ilə müraciət edib və ötən gün nazirlik onun ərizəsini qəbul edib. E.Qafarov hazırda məktəbdə təhvil-təslim işləri apardığını söyləyib.

Xatırladaq ki, L.Babayeva E.Qafarovun onu zorladığını iddia edib, lakin bu fakt Xəzər rayon Prokurorluğu tərəfindən təsdiqlənməyib.
loading...
XƏBƏR LENTİ
Dünən, 13:10