09 noy 16:56Sosial

Övladlarımı qəbul etməyəcəm - Rəmiş

Övladlarımı qəbul etməyəcəm - RəmişXalq artisti Rafiq Hüseynov (Rəmiş) illərdir övladları ilə küsülü olduğunu deyib.

Axşam.az-ın məlumatına görə, gitara ifaçısı "Evdəkilərə salam" verilişində söyləyib ki, onlarla heç vaxt barışmayacaq.

Rəmiş qardaşlarının da onunla danışmadığını bildirib:

"Övladlarım evimə gəlsə də, qəbul etmərəm. Ərləri də, özləri də mənə qarşı səhv buraxıb. Nəvələrim haqda heç fikirləşmirəm. Yüz nəvəm olsa da, lazım deyil. 1974-cü ildən onlar ayrı tərbiyə ilə böyüyüblər. Bala ataya qarşı səhv buraxanda münasibət alınmır. Hamı balasını çox istəyir. Elə səhvlər var ki, keçmək olmur. Efirdə səbəbləri deyə bilmərəm.

Bir bacım var, anam onlarda qalırdı deyə, əvvəl evlərinə gedirdim. Anam dünyasını dəyişəndən sonra getmirəm. Bir qardaşım rəhmətə gedib, ikisi sağdı. Deyirlər Gülünü (həyat yoldaşı - red.) boşa, mən də etmirəm. Ona görə də məni danışdırmırlar".
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ