07 noy 20:20Sosial

Baş redaktorun vəziyyəti ağırlaşdı - Reanimasiyadadır

Baş redaktorun vəziyyəti ağırlaşdı - ReanimasiyadadırBu gün səhər saatlarında tanınmış jurnalist Zabil Müqabiloğlu 1 saylı Şəhər Kliniki Xəstəxanasının (Semaşko), reanimasiya şöbəsində yerləşdirilib.

Bu barədə PİA.AZ-a jurnalistin yaxınları məlumat verib.

1 saylı Şəhər Kliniki Xəstəxanadan Zabil müqabiloğlunu müalicə edən həkimin PİA.AZ-a verdiyi məlumata görə hazırda xəstənin vəziyyəti sabit ağırdır.

Həkimin bildirdiyinə görə Zabil Müqabiloğlunun qaraciyərləndə bərkimə yarandığı üçün qan dövranında problem yaranıb və xəstənin qida borusunda vena partlayıb. Hazırda qanaxmanın durdurulduğunu bildirən həkim qeyd edib ki, təkrar qanaxma yaranarsa, bu xəstənin həyatı üçün təhlükəli ola bilər.

Xaitırladaq ki, Zabil Müqabiloğlu uzun illər boyu “Yeni Müsavat” qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu “Gunxeber.com” saytına rəhbərlik edib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ