07 noy 18:50Sosial

Özündən 33 yaş kiçik sevgilisini öldürən kişi məhkəmə qarşısında

Özündən 33 yaş kiçik sevgilisini öldürən kişi məhkəmə qarşısında  Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda 22 yaşlı qızı qətlə yetirməkdə təqsirli bilinən Vidadi Qarayevin cinayət işi üzrə məhkəmə başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib

Məhkəmə baxışı noyabrın 18-nə təyin edilib.

İttihama görə, hadisə bu il iyul ayının 2-də Bakı şəhər Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddəki mağazada baş verib. 1961-ci il təvəllüdlü Vidadi Qarayev Tərtər rayon sakini olan tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Aslanlının boğazına bıçaqla vuraraq onu öldürüb.

Vidadi Qarayev ilkin ifadəsində bildirib ki, Gülnar Aslanlı ilə bir müddət əvvəl tanış olub və aralarında münasibət yaranıb. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

Vidadi Qarayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq silah gəzdirmək) maddələri ilə ittiham olunur.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ