07 noy 17:58Sosial

Azərbaycan kommunistləri konfrans keçirib

Azərbaycan kommunistləri konfrans keçiribAzərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Böyük Oktyabr Sosialist inqilabının 99-cu ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Partiyadan Avrasiya.net-ə verilən məlumata görə, konfransı giriş sözü ilə KPİ - Sov.İKP İK, Mərkəzi Şurasının üzvü, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov açmış və konfrans iştirakçılarını Böyük Oktyabr Sosialist İnqilabının 99 -cu ildönümü münasibəti ilə təbrik etmişdir.

Tədbirdə AKP MK və BSZİ MİK RH - nin üzvü, Azərbaycan Sovet Zabitlər İttifaqı İcrayə Komitəsinin sədri A. Şiriyev "Dünya BOSİ 100 illiyi ərəfəsində" mövzusunda geniş və əhatəli məruzə ilə çıxış etmişdir.

Məruzə ətrafında AKP MK üzvü, Azərbaycan KP Lənkəran RK -nin birinci katibi N. Bağırov, AKP Beyləqan RK -nin birinci katibi İ. Məhərrəmov, AKP Bakı şəhəri, Suraxanı RK-nin birinci katibi Ə. Cabbarov və AKP MK üzvü əmək veteranı A. Məmmədov çıxış etmişlər.

Elmi praktiki konfranslar Azərbaycan Kommunist Partiyasının bütün rayon və şəhər təşkilatlarında keçirilmişdir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ