05 noy 13:42Sosial

Aktyorun səhhəti pisləşdi: “Dərhal əməliyyat olunmalıyam”

Aktyorun səhhəti pisləşdi: “Dərhal əməliyyat olunmalıyam”Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun vəziyyəti ağırlaşıb.

Bu barədə AzNews.az-a aktyorun özü məlumat verib. Böyrək çatışmamazlığından əziyyət çəkən aktyorun qanında kreatinin miqdarı yüksəlib: “Kreatinin miqdarı 480 olub. Artıq 4-cü mərhələdədir. Bir mərhələ qalıb. Buna görə də əməliyyat vaxtı dəqiqləşib. Bir ayın içərisində əməliyyat olunmalıyam”.

Aktyor bildirib ki, vəziyyətinin pisləşməsi ilə əlaqədar artıq evdən bayıra çıxa bilmir.

Qeyd edək ki, bir müddət öncə aktyor Rəhim Rəhimovun səhhətində problem yaranıb. Böyrək çatışmazlığından əziyyət çəkən aktyorun əməliyyat xərcləri Heydər Əliyev Fondu tərəfindən qarşılanacaq.
Reklam
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ