07 mar 12:06siyaset

ALDP bəyanat qəbul edib

ALDP bəyanat qəbul edib Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

Avrasiya.net-in məlumatına görə, iclasda ictimai-siyasi vəziyyət müzakirə olunub. ALDP sədri partiyanın Anti-böhran Koalisiyasında və “Azadlıq” partiyaların Əməkdaşlıq Mərkəzində fəaliyyətini qənaətbəxş qiymətləndirib və hər iki qurumda fəaliyyətin gücləndirilməsi üçün bir sıra tapşırılıqlar verib. İclasda 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Azərbaycan xanımlara təbrik məktubu qəbul olunub. İclasda həmçinin son günlər ictimaiyyət arasında müzakirəyə səbəb olan bir neçə məsələyə münasibət bildirilərək bəyanat qəbul olunub. Bəyanatda deyilir:

“Son günlər Milli Məclisdə bəzi deputatlar tərəfindən kazinoların yenidən fəaliyyətinə başlanması kimi təkliflər səslənib. Azərbaycan Liberal Demokrat Partiyası hesab edir ki, kazinoların bağlanması çox düzgün və vaxtında verilən qərar idi. Azərbaycan Liberal Demokrat Partiyası hesab edir ki, bu qərar minlərlə ailə faciəsinin qarşısını alan bir qərar idi. Biz hesab edirik ki, “Topaz” və bu tipli mərc oyunları da dayandırılmalıdır. Onsuz da sosial problemlərlə üzləşən vətəndaşlar, ailələr bu tipli oyunların xeyir qətirmədiyini, əksinə ailə problemlərin dərinləşməsinə, boşanmaların və intiharların çoxalmasına qətirib çıxarır. Azərbaycan Liberal Demokrat Partiyası olaraq millət vəkillərinə müraciət edirik ki, kazinoların fəaliyyətini nəinki bərpası, “Topaz” və bu tipli mərc oyunların bağlanması məsələsini Milli Məclisdə qaldrsınlar. Bununla onlar minlərlə vətəndaşı bu bəladan xilas etmiş olarlar”.
loading...
XƏBƏR LENTİ
22-06-2018, 15:27