25 fev 12:04siyaset

"Əlimizdə Əli Kərimlinin videoları var" - Siyavuş Novruzov

"Əlimizdə Əli Kərimlinin videoları var" - Siyavuş Novruzov“Bizdə Əli Kərimli ilə iqtidar nümayəndələri arasında baş tutan danışıqları sübuta yetirəcək həm foto, həm də videogörünütlər var”.

Bunu AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

YAP rəsmisi lazım gələrsə, bu materialları ictimaiyyətə açıqlayacaqlarını bildirib: “Əli Kərimli ilə görüşlərin foto və video çəkilişləri var. Hətta bu görüşlərdə iştirak edənlərin də kimliyi məlumdur. Hələlik onların adlarını açıqlamaq istəmirəm. Zamanında bu barədə bütün faktları açıqlayacağam”.

S.Novruzov Əli Kərimlinin keçmişini dandığını, özünü cəmiyyətə fərqli obrazda təqdim etdiyini vurğulayıb.

“Bu faktları açıqlamağıma səbəb Əli Kərimlinin siyasi riyakarlığıdır. O, öz keçmişini danır, maskalayır. Azərbaycan Xalq Cəbhəsi Partiyası oradakı insanların iradəsi ilə deyil, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının tapşırıqları əsasında fəaliyyət göstərir. Əli Kərimli onlar üçün bu işləri həyata keçirməyə lazım olan insanlardan biridir. Mətbuatda, sosial şəbəkələrdə, özünün “Facebook” səhifəsində keçmişini maskalamağa çalışır”.

YAP rəsmisi Əli Kərimlinin daha bir yalanını ifşa edib: “Azərbaycanda xalq hərəkatı 1988-ci ildə başlayıb. O, necə xalq hərəkatının nümayəndəsi olub ki, 1989-cu ildə Azərbaycan Dövlət Universitetində (Bakı Dövlət Universiteti-red) komsomol komitəsinin katibi idi. Ora seçilmək üçün necə mübarizə apardığı hamımızın gözünün qarşısında baş verib. Sonradan o, çevrilərək millətçi, xalq hərəkatçısı, cəbhəçi olub. Bunu həmin dövrdə təhsil alan hər kəs bilir. AXCP-dəki insanlar da gözəl bilir ki, Əli Kərimli həmişə yoldaşlarını sata bilər”.
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24