26 iyn 17:04siyaset

Keçmiş müsavatçılar yeni partiya yaratdı: AĞ Partiya -Foto

Keçmiş müsavatçılar yeni partiya yaratdı: AĞ Partiya -Fotoİyunun 26-da AĞ Partiya özünün yaradılmasını elan edəcək. Musavat.com xəbər verir ki, Vahid Azərbaycan Partiyasının VHP-nin qərargahında keçirilən qurultayında partiyanın adını dəyişdirilməsi və AĞ Partiya adlandırılması nəzərdə tutulur.
Bununla bağlı keçirilən tədbirdə “Ağ Blok”un üzvləri, keçmiş müsavatçılar, həmçinin Ümid, AXP, VİP kimi partiyaların sədrləri və təmsilçiləri, ADR Hərəkatının rəhbərliyi, ziyalılar, ictimai-siyasi xadimlər, gənc fəallar iştirak edirlər.

Vahid Azərbaycan Partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Tural Abbaslı partiyanın qurultayının keçirilmə səbəbindən danışıb. Mandat Komissiyasının sədri Elşən Həsənov isə deyib ki, qurultayda 143 nəfər mandatlı şəxs iştirak edir və bu, qurultayın keçirilməsinə kifayət edir. Beləliklə, qurultay dövlət himninin səslənməsi ilə açıq elan edilib. Daha sonra şəhidlərin ruhu, o cümlədən milli-azadlıq hərəkatının həyatını itirmiş üzvlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra qurultayın işinin davam etdirilməsi üçün sədarət, katiblik seçilib. Partiyanın gündəliyinə adının dəyişdirilməsi, sədrin, Ali Məclisin seçilməsi kimi məsələlər salınıb.
Vahid Azərbaycan Partiyasının qurultaya hazırlıq üzrə təşkilat komitəsinin üzvü Əhəd Məmmədli ölkə siyasətinə yeni bir qüvvənin, gəncliyin çıxmasının vacibliyini vurğulayıb. Səsvermə nəticəsində partiyanın adı dəyişdirilərək AĞ Partiya adlandırılıb. Tural Abbaslı isə qeyd edib ki, yeni ad yeni uğurlar gətirəcək. T.Abbaslı qeyd edib ki, yeni partiyanın nizamnaməsi köhnədən bir qədər fərqlənir.
loading...
XƏBƏR LENTİ
Bu gün, 15:30