25 iyn 08:48siyaset

"Sülh Azərbaycanın bütün torpaqlarına gələcək"

"Sülh Azərbaycanın bütün torpaqlarına gələcək""İnanın! Moskva Dağlıq Qarabağ münaqişəsinin həll yolunu tapacaq!"

Anspress xəbər verir ki, bu sözləri Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski deyib.

"İndi bir problem var, həm sizdə, həm də Ermənistanda. Bu, Dağlıq Qarabağdır. Bütün milli problemlər ağırdır. Elə Gürcüstan-Abxaziya, Gürcüstan-Osetiya münaqişələrini yaxud da Türkiyəni götürək, Suriyada müharibə gedir. Əlbəttə bəzi müəyyən təşkilatlar və strukturlar var ki, məsələni həll etməyə çalışır. Ancaq Rusiya qonşu olaraq, həm də Azərbaycan və Ermənistanla tarixi münasibətləri olan bir ölkə kimi kömək etmək istəyir. Biz buna hazırıq. Hansısa həll yolunu tapmaq lazımdır", - deyə Jirinovski bildirib.

Jirinovski deyib ki, Dağlıq Qarabağa hansısa status vermək lazımdır. "Bu status müvəqqəti də ola bilər. İstənilən halda bütün Qafqazla bizim prezident məşğul olur. Biz ümid edirik ki, o uyğun həll yolunu tapacaq. Biz şadıq ki, Sankt-Peterburqda Ermənistan və Azərbaycan rəhbərləri arasında yaxşı görüş keçib. İlham Əliyev Rusiya sakinlərində, eləcə də prezidentimizdə müsbət təəssürat yaradır. Ona görə biz irəli gedəcəyik. Buna inanırıq. Güllə atmaq lazım deyil. Gəlin həyatları qoruyaq. Azərbaycan gəncləri, bütün Azərbaycan vətəndaşları, hamı yaşamalıdır. 2016-cı ildə, 21-ci əsrdə heç kim ölməməlidir", - deyə partiya rəhbəri bildirib

Rus siyasətçi deyib ki, Moskva ağrılı Qarabağ probleminin həll yolunu tapacaq və sülh Azərbaycanın bütün torpaqlarına gələcək.
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47