22 iyn 08:00siyaset

TANAP və TAP NATO-da müzakirə ediləcək

TANAP və TAP NATO-da müzakirə ediləcəkTransanadolu (TANAP) və Trans-adriatik (TAP) layihələrinin reallaşdırması məsələsi NATO-un Varşava sammitində müzakirə ediləcək.

ANS-in məlumatına görə, bu barədə NATO-nun enerji təhlükəsizliyi şöbəsinin rəhbəri Mixail Ryule təhlükəsizliyin yeni çağırışları ilə bağlı müzakirələr zamanı deyib.

Mixail Ryule bildirib ki, Azərbaycan qazının Avropaya çatdırılması üçün həyata keçirilən TANAP və TAP layihələri enerji təhlükəsizliyinin təminatı ilə bağlı xüsusi qiymətə malikdir.

"TANAP və TAP Avropanın Rusiya qazından asılılığını aradan qaldırmaq üçün çox əhəmiyyətlidir. Layihə eyni zamanda Avropa və Türkiyə arasında əlaqələrin genişləndirilməsi üçün böyük əhəmiyyətə malikdir".

Ryule müzakirələrin 8-9 iyulda keçiriləcəyini deyib.

TANAP və TAP boru kəmərləri Azərbaycan qazının "Şahdəniz-2" vasitəsi ilə Avropaya çadırılması üçün həyata keçirilən "Cənub qaz dəhlizi" layihəsinin tərkib hissəsidir.

Layihəyə müəyyən dövr ərazində başqa qaz mənbələri də qoşula bilər. Xəzər dənizindən başlayacaq kəmər Türkiyənin qərb sərhədlərindən Avropaya daxil olacaq. Türkiyəyə həmin kəmərlər vasitəsi ilə “mavi yanacaq” 2018-ci ildə yola salınacaq. 2020-ci ildə isə Azərbaycan qazı Avropaya çatdırılacaq.
loading...
XƏBƏR LENTİ