20 iyn 21:52siyaset

AŞPA-da erməni təxribatının qarşısı alındı

AŞPA-da erməni təxribatının qarşısı alındıAvropa Şurası Parlament Assambleyasının (AŞPA) ilk iş günündə keçirilən sərbəst debatlar zamanı erməni deputat Almaniya Bundestaqının soyqırımı kimi səciyyələndirdiyi 1905-ci il hadisələrindən danışaraq həmin ildə ermənilərin məhz xristian olduqları üçün öldürüldüklərini deməklə həmişəki kimi təxribat yaratmağa cəhd edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söz alaraq Avropanın son dövrlərdə birgəyaşayış sayəsində ciddi uğurlar əldə etdiyini, böyük problemləri həll etdiyini diqqətə çatdırıb. O, bəşəriyyətin tarixindən siyasi məqsədlər üçün alət kimi istifadə etməyin böyük cinayət olduğunu qeyd edib.

Səməd Seyidov əhalisinin 96 faizinin müsəlman olduğu Azərbaycanda dini rəngarəngliyin qorunmasına dövlət səviyyəsində xüsusi diqqət və qayğı olduğunu vurğulayıb. O, bununla bağlı həyata keçirilən xüsusi inkişaf proqramlarından söz açıb.

Paytaxt Bakının mərkəzində katolik, protestant kilsələrinin və sinaqoqların olduğunu vurğulayan nümayəndə heyətinin rəhbəri bildirib ki, Azərbaycan parlamentində yəhudi təmsilçi fəaliyyət göstərir. Bu Azərbaycan birgəyaşayış nümunəsinin təcəssümüdür.

S.Seyidov vurğulayıb ki, ermənilərin dindən siyasi məqsədlər üçün istifadə etmək cəhdi Avropanı süquta sürükləmək deməkdir. Belə halların qarşısı dərhal alınmalıdır.
loading...
XƏBƏR LENTİ
21-05-2018, 21:24