04 iyn 08:55siyaset

Əliyev və Sərkisyan razılaşdı - Görüş olacaq

Əliyev və Sərkisyan razılaşdı - Görüş olacaqATƏT-in Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Pyer Andrie (Fransa) və İqor Popov (Rusiya) Azərbaycan və Ermənistan XİN rəhbərləri Elmar Məmmədyarov və Edvard Nalbəndyanla 2 iyun görüşünün nəticəsi olaraq bəyanat yayıblar.

Erməni mediası xəbər verir ki, bəyanatda bildirilir:

"Nazirlər Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə öhdəliklərini təsdiqləyiblər. Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səlahiyyətlərinin genişləndirilməsi haqqında kəşfiyyat mexanizmlərinin tətbiqi barədə ATƏT-in sənədlərini onlara təqdim edib. Nazirlər Azərbaycan və Ermənistan prezidentlərinin danışıqların növbəti raundunu iyunda keçirməyə razı olduqlarını bildiriblər".

Qeyd edək ki, həmsədrlərin açıqlamasında görüşün dəqiq vaxtı və yeri barədə məlumat verilməyib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46