17 may 10:09siyaset

Sərkisyan Əliyevlə görüşündən danışdı

Sərkisyan Əliyevlə görüşündən danışdıErmənistan Prezidenti Serj Sərkisyan Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşündən danışıb.

Axar.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Sərkisyan görüşün normal keçdiyini deyib.

“Normal idi. Tezliklə bəyanat yayacaqlar, eşidəcəksiniz”, - Sərkisyan bildirb.

Qeyd edək ki, dünən Vyanada ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham və Ermənistan Prezidenti Serj Sərkisyan arasında görüş keçirilib. Görüşdə ATƏT Minsk Qrupu həmsədrləri, həmsədr ölkələrin xarici işlər nazirləri, Azərbaycan və Ermənistan XİN başçıları, o cümlədən ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik iştirak edib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 13:46