26 apr 08:43siyaset

İrəvan və Moskvanın şok Qarabağ planı: Paşinyanın "U gedişi"nin sirri ortaya çıxdı

İrəvan və Moskvanın şok Qarabağ planı: Paşinyanın "U gedişi"nin sirri ortaya çıxdıErmənistanın baş naziri Nikol Paşinyan Rusiyanın “Nezavisimaya qazeta” nəşrinə müsahibəsində ABŞ-ı tənqid edib. Paşinyan qəzetin icmalçısı Yuri Simonyanın “Suriyaya hərbi humanitar yardımın aparılması ilə bağlı Vaşinqton tərəfindən Ermənistanın keçmiş hakimiyyəti indiki iqtidar qədər açıq şəkildə heç vaxt tənqid edilməyib. Siz ABŞ-la münasibətləri necə tarazlaşdırmağı planlaşdırırsınız” sualına belə cavab verib: “Ermənistanda ABŞ hakimiyyətini mənim kimi heç bir hökumət tənqid etməyib”.

Paşinyanın bu davranışını Publika.az-a şərh edən politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirir ki, Ermənistan baş nazirinin bu açıqlamanı verməyə vadar edən ciddi səbəblər var:

“Erməni xislətidir: necə sərf edirsə, onun ardınca qaçır. Bu gün Paşinyan yaxşı başa düşür ki, Rusiyaya xoş gələn Amerikanın ciddi tənqid edilməsidir. Bu missiyanı Paşinyan çox böyük “şərəflə” yerinə yetirir. Paşinyan dünənə qədər Qərb ölkələrinin qapısının ağzında dilənçi pozasında dayanıb pul dilənmirdi? Dünənə qədər özünün Qərbə inteqrasiya siyasətini axıra qədər aparacağını söyləmirdi? İndi deyir ki, onun qədər Amerikanı tənqid edən ikinci bir siyasi xadim yoxdur. Paşinyandan soruşmaq lazımdır ki, sən Putindən (Rusiya prezidenti Vladimir Putin – red.) də çox ABŞ-ı tənqid etməyə başlayırsan? Özü də o, hansı arqumentlərlə Vaşinqtonu tənqid edir? Hansı eyiblərini açıb ortaya qoyur?

Bu açıqlama sadəcə Rusiyaya xoş gəlmək üçün edilmiş siyasi manevrdir. Bu manevrlə o, bir çox məqsədlər güdür. Qərbdən əliboş qayıdan Paşinyan yaxşı başa düşür ki, Rusiyadan başqa onun istinad nöqtəsi yoxdur. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində onun arxasında Rusiya dayanır. Prosesin ləngiməsi xəttində ona Moskva kömək edir. Azərbaycan Ordusunun hərbi hazırlıqlarını görüb bəzən vahiməyə düşəndə yenə onu sakitləşdirən Moskva olur. Bu kimi nüanslar Paşinyanı Putini və Rusiyanı daha çox sevməyə vadar edir”.
loading...
XƏBƏR LENTİ
SORĞU