26 mar 14:17siyaset

İlham Əliyev Paşinyanla bu həftə görüşəcək

İlham Əliyev Paşinyanla bu həftə görüşəcəkGörüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə baş tutacaq.

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan martın 29-da Avstriyanın paytaxtı Vyanada görüşə bilər.

Görüş zamanı tərəflər Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcəklər.

Görüş martın 29-da Vyanada ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə baş tutacaq.

Martın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iki ölkə rəsmilərinin Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı görüşü barədə razılığa gəldiklərini bildirimişdi. O, iki ölkə xarici işlər nazirlərinin də görüşünün nəzərdə tutulduğunu bildirmişdi. (REAL TV)
loading...
XƏBƏR LENTİ
SORĞU
Marneulidə keçiriləcək mer seçkilərində hansı namizədin seçilmə şansı daha çoxdur?
Zaur Darğallı
Əhməd İmamquliyev
Əli Bədirov
Aqil Mustafayev