14 mar 19:20siyaset

"Bu məsələ üzərində ciddi düşünməliyik"

"Bu məsələ üzərində ciddi düşünməliyik"Bu gün Brazliyada oturan biri başqa bir ölkə blogerinin çəkdiyi videolara baxır. Oğlum Afrikalı blogerin yutubdakı video materiallarında ingilis dilini öyrənir. Bütün bunlar qloballaşmanın bir hissəsidir.

Publika.az xəbər verir ki, bu sözləri VII Qlobal Bakı Forumunda çıxışı zamanı Bolqarıstanın keçmiş prezidenti (2012-2017) Rosen Plevneliev “Qloballaşmanın sonudurmu?”panelində çıxışı zamanı deyib.

R.Plevneliev bildirib ki, qloballaşma iqtisadi, mədəni, səneye nöqteyi nəzərdən yeni mıəhsullar ortaya çıxarır.

“Amerika prezidenti qloballaşmaya qarşı olduğunu deyə bilər, lakin Əpl və Quqla qarşı çıxmaq mümkün deyil. İstər məhsullar, istərsə də digər sahələrdə qloballaşma qaçılmazdır. Qloballaşma nəticəsində Çin yoxsulluqdan uzaqlaşdı, bu gün sərbəst ticarəti dəstəkləyirlər. Bu trend davam edəcək. Siyasətçilər sadəcə öz kameraları üçün qloballaşmanın sona çatdığını deyirlər. Düşünürəm ki, gec-tez siyasi liderlər bir masa arxasında dünya üçün düzgün qərar verəcəklər”.

Avropa Birliyinin Siyasət komissiyasının prezidenti, İtaliyalı senator Ettore Liçeri bildirib ki, qloballaşma yeni hüquqi müstəviləri gündəmə gətirir:

“Qloballaşmanın bir hissəsi olan informasiya texnologiyaları qarşımıza yeni imkanlar yaradır. Bununla yanaşı qloballaşma problemlər də yaradır. Hesab edirəm ki, ətraf mühitə vurduğumuz ziyanın qarşısını almalıyıq. Yalnız yeni körpülərin salınması bizi düzgün yola çıxara bilər. Dünya bir gəmidir və orada müxtəlif ölkələrdən nümayəndələr var, hər bir millət üçün güclərin birləşdirilməsi lazımdır”.

Ekvadorun keçmiş prezidenti (1997) Rosalia Serrano bildirib ki, qloballaşmanın bədəlini ödəməyə hazır olmalıyıq. Həm sərhədlər, həm də viza məsələlərində bunu nəzərə almalıyıq.

“Qlobalizasiya dünya ölkələrini bir-birinə yaxınlaşdırıb, cəmiyyətlər, bəzən ölkə daxilində bölünmələr müşahidə edilir. Ərəb dünyası dünya əhalisinin 6 faizini təşkil edir, lakin dünyada qaçqınların 55 faizi ərəb ölkələrinin payına düşür. Bu məsələ üzərində ciddi düşünməliyik, əks halda bu daha ciddi problemlər yaradacaq. Varlı və kasıb ölkələr arasında fərq getdikcə artır, hətta ölkələrdə ildən-ilə yoxsulların sayı artır. Qloballaşma ilə mübarizə aparmaq üçün məsələni yeni formada həllinə çalışmalıyıq. Qloballaşma iki tərəfli silahdır, düzgün istifadə edilsə xeyir görərik, lakin neqativ formada istifadəsi problemlər yarada bilər”
loading...
XƏBƏR LENTİ