01 fev 12:37siyaset

İnanıram ki, Gürcüstan höküməti bu məsələyə diqqət yetirəcək - Spiker

İnanıram ki, Gürcüstan höküməti bu məsələyə diqqət yetirəcək - Spiker“Azərbaycan və gürcü xalqları daim dost olublar. Bu günlərdə Gürcüstanın Axalkalaki şəhərinin Buqaşen qəsəbəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf ərazilərinin işğalında, bu ərazilərdə azərbaycanlılara qarşı qətllərin törədilməsində birbaşa iştirak etmiş Mixail Avaqyana heykəl qoyulması bu dostluğa kölgə salmaq məqsədi daşıyır”.

Bunu millət vəkili Əflatun Amaşov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili bununla bağlı Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bu ölkənin Parlamentinin Gürcüstan-Azərbaycan Dostluq Qrupununa müraciət ünvanladığını bildirib: “Gürcüstan və Azərbaycan hər zaman bir-birinə lazımdır. Azərbaycan Gürcüstana böyük sərmayələr yatırır. Lakin bu dostluğu pozmaq istəyən qüvvələr var. Gürcüstan Parlamentinə müraciətimizdə etirazımızı bildirmişik. Ölkələrimiz strateji tərəfdaşdır”.

Spiker Oqtay Əsədov bildirib ki, Axalkalakida erməniyə heykəlin qoyulması məsələsi ilə Xarici İşlər Nazirliyi məşğul olur: “Artıq Xarici İşlər Nazirliyi bununla bağlı münasibətini açıqlayıb. Bu məsələlər üzrə iş gedir. İnanıram ki, Gürcüstan höküməti bu məsələyə diqqət yetirəcək və problem həllini tapacaq”.
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU