19 yan 13:19siyaset

Paşinyanın əraziləri qaytarmaqdan başqa yolu qalmadı...

Paşinyanın əraziləri qaytarmaqdan başqa yolu qalmadı...“Nikol Paşinyanın komandası indi elə bir vəziyyətdədir ki, Dağlıq Qarabağ münaqişəsinin praktiki nizama salınmasına keçidi daha az təhlükəli hesab edirlər, nəinki mövcud status-kvonun saxlanılması və danışıqlardan çəkilməyi”.

Publika.az xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin dünya siyasəti fakültəsinin beynəlxalq təhlükəsizlik kafedrasının dosenti Aleksey Fenenko Azərbaycan və Ermənistan XİN rəhbərlərinin hər iki xalqı sülhə hazırlamaqla bağlı razılaşmasını şərh edərkən deyib.

Fenenko qeyd edib ki, gündəlikdə ilk növbədə Ermənistanın Qarabağ ətrafındakı rayonları azad etməsi var: “Bu rayonların azad edilməsi məsələsi hələ 2016-cı ildə Sankt-Peterburq görüşündə razılaşdırılmışdı. Bu məsələ hazırda bir nömrəli amildir. Söhbət Qarabağ ətrafındakı rayonların beşinin ilkin mərhələdə azad edilməsindən gedir, sonra digər rayonlar azad ediləcək və Qarabağın statusu ilə bağlı müzakirələr başlanacaq. Rusiya rəhbərliyi hazırda Ermənistanın yeni rəhbərliyini Vyana və Sankt-Peterburq razılaşmalarına qaytarmaqla məşğuldur”.

Rusiyalı ekspert hesab edir ki, Paşinyanın Qarabağ məsələsində güzəştə getməsinə ciddi stimul var.

“Məsələ ondadır ki, Paşinyan hakimiyyətə gələndə Qərbin yardımına ümid edirdi, hesab edirdi ki, ABŞ və Fransa Azərbyaycana təzyiq göstərəcək. Lakin o, son aylar bu ölkələrə səfərlərdən sonra bir qədər inamını itirdi. ABŞ və Fransa Azərbaycan-Ermənistan münaqişəsinə görə Türkiyə ilə dalaşmaq istəmirlər. Onlar Rusiyaya, İrana və qismən də Türkiyəyə qarşı Ermənistandan həvəslə istifadə edirlər, lakin İrəvanın maraqlarını müdafiə etməyəcəklər. Paşinyan üçün indi geri çəkilməkdən və razılaşmadan başqa yaxşı yol yoxdur. Digər tərəfdən, o güzəştə getməsə Rusiya ciddi təzyiqlərə başlayacaq”, - deyə o bildirib.
loading...
XƏBƏR LENTİ