08 dek 22:48siyaset

Bəs sən kimsən, nə iş görmüsən?

Bəs sən kimsən, nə iş görmüsən?Avropada “Azərbaycanın Dostları” Cəmiyyətinin sədri Elman Mustafazadə adlı biri xeyriyyəçi Füzuli Məmmədovla bağlı fikir söyləyib. O deyib ki, Fizuli Məmmədovun “vətənpərvərlik” adlı şousu davam edir: "Fizuli Məmmədovun Rusiyada və bir çox xarici ölkələrdə fəaliyyət göstərən “Frenk Fondu” indiyə qədər hansı azərbaycanlı tələbənin təhsil haqqını ödəyib və ya hansı Şəhid ailəsinə yardım edib? Bu heç vaxt olmayıb. Amma Azərbaycanda pula satılan mətbuat orqanları və təmsilçiləri onu Azərbaycanın milli qəhrəmanı etməyə cəhddə bulunmaqdadırlar..."

E.Mustafazadənin bu fikirlər söyləməyə vadar edən qaranlıq məqamların olduğu şübhəsizdir. E.Mustafazadə bir dəfə də olsun F.Məmmədovun üzünü görməyib, amma onun Azərbaycanda xeyriyyəçilik işlərindən xəbəri olmasına isə şübhə yoxdur.

Axı onun özü yaxşı bilir ki, F.Məmmədovun rəhbərliyilə hələ ötən əsrin 90-cı illərində, Azərbaycanda "XXI əsr Azərbaycan" adlı partiya fəaliyyətdə idi. Hər ay yüzlərlə insan müxtəlif yardımlar almaqdan ötrü F.Məmmədov partiya qərargahına gələrdi. F.Məmmədov o zaman yüzlərlə tələbənin təhsil almasına, onlarla imkansız ailəyə maddi dəstək göstərib. Bunun şahidləri hələ də Bakıda yaşayırlar.
Bəs sən kimsən, nə iş görmüsən?
Azərbaycan diaspor təşkilat sədrləri arasında F.Məmmədov kimi xeyriyyəçiliklə məşğul olan ikinci şəxs varsa, ondan da bəhs edə bilərik.

E.Musatafazadə, hansı diaspor təşkilat sədrimiz Bakıya gəldiyi zaman hansısa şəhid ailəsinə baş çəkib, hansısa məcburi köçkün, qaçqın ailəsinə dəstək olub, Qarabağ qazisinin müalicəsinə yardım edib? Bəlkə siz etmisiz, xəbərimiz yoxdur.

Tanınmış iş adamı, xeyriyyəçi Füzuli Məmmədov doğulduğu Naxçıvan torpağının dilbər güşəsi olan Ordubad rayonunun vətənpərvər, mərd övladlarındandır. Gənclik illərindən Rusiyada yaşamasına baxmayaraq qəlbi daim Azərbaycan üçün döyünüb. Onun həyata keçirdiyi saysız-hesabsız xeyriyyəçilik addımlarını çoxları yaxşı bilir. Bu gün hamı Füzuli Məmmədovu açıq ürəkli, xeyirxah insan kimi tanıyır. Onun qapısını döyən hər kəs heç vaxt əliboş geri qayıtmayıb. Hələ 25 il bundan öncə iş adamının ata yurduna gəlişi əsl toy-bayrama çevrilərdi. Onun gəlişi ilə xəstələrin müalicə problemləri həll olunar, ərzaq mağazalarına borclu olanların borcu silinər, imkansız ailələrə yardımlar göstərilərdi. Onun köməyə ehtiyacı olan yüzlərlə insana əl tutduğu heç kimə sirr deyil. Xeyriyyəçiliyi həyat amalına çevirən həmyerlimizin əsl vətənpərvər olması uzun illərdir hər kəsə bəllidir.

Azərbaycandan uzaqda yaşasa da F.Məmmədov üçün vətən, torpaq, millət və dövlət hər şeydən üstün olduğundan fəaliyyəti ilə yanaşı kapitalını da bu istiqamətə xərcləyir.

F.Məmmədov hələ 90-cı illərdə, Azərbaycanın ən ağır vaxtlarında xalqın içində olub. Onun Azərbaycanın dünyada öz yerini möhkəmləndirməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tutduğu mövqeyi, diaspor quruculuğu, dünya azərbaycanlıları arasında həmrəylik və birliyin yaradılmasının vacibliyi ilə bağlı ideya və planları bu günün reallığının tələbiydi.
Bəs sən kimsən, nə iş görmüsən?
O, 1988-ci ildə Rusiyada azərbaycanlıların ilk ictimai təşkilatı olan “Azərbaycan Birliyi” («Единство Азербайджана») adlı təşkilatın əsasını qoyub. Bu təşkilat Azərbaycanın Rusiyadakı diasporasının əsasını təşkil etdi və bu ölkədə azərbaycanlıların dünyadakı ən böyük diaspora təşkilatı yarandı. 2005-ci ildə, “Beynəlxalq İctimai Birliklər İttifaqı”, “Dünya Azərbaycanlıları İttifaqı” və “Ümumdünya Azərbaycan Mədəniyyət Fondu”nu yaratmış, “Avropa Azərbaycanlıları Konqresi”nin birinci vitse-prezidenti seçilib.

F.Məmmədov tez-tez xarici mətbuatda Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məqalələr yazır. İtaliyanın italianinsider.it saytında 2017-ci il iyul ayının 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olan 1967-ci il təvəllüdlü sakini Səbinə Quliyeva və 2 yaşlı Zəhra Quliyeva məsələsini gündəmə gətirib.

Yaratdığı "Frenk Fondu"nun missiyası yalnız xeyriyyəçilik aksiyalarını həyata keçirməkdən ibarət olub. Fondun qaçqın və məcburi köçkün düşərgələrinə yüz min manatlarla yardım göstərməsi, onların sosial və tibbi sahədəki problemlərinin həllinə maddi dəstəyi nəinki Azərbaycan, həmçinin xarici mətbuatda da işıqlandırılıb. F.Məmmədov böyük sisyasi intusiya və uzaqgörənliyə malik idi. O xaricdə Azərbaycanın güclü diasporasını yaratmaq, Rusiyada yaşayan yüz minlərlə soydaşımızı bir araya gətirmək istəyirdi. Onun bir arzusu vardı - müstəqil və güclü bir Azərbaycan qurmaq və dünyaya nüfuz etmək. Bu olduqca ağır və məlusiyyətli bir iş olsa da F.Məmmədov bütün gücünü səfərbər edərək, yükün altına girdi.

Beləliklə "Frenk Fondu"nun təşkilatçılığı ilə Moskvada Rusiya, MDB məkanı və Baltikyanı respublikalarda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının forumu kecirildi. Forumda 52 regionu təmsil edən Azərbaycan cəmiyyətlərinin nümayəndələri iştirak ediblər. "Prezident otel"ndə kecirilən forumda iştirakçılar Xalq Vətənpərlər İttifaqı - Azərbaycan XXI Əsr partiyasının təşəbbüsü ilə Ümumdünya Azərbaycan diasporunun qurultyının keçirilməsi ilə bağlı təşkilat komitəsinin yaradılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsnin həllinə dair qətnanmə qəbul edilib. Qətnamədə xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılıq ifadə edilib. Forumda ümummilli lider H.Əliyev yayda keciriləcək Ümumdünya Azərbaycanlılarının I qurultayının fəxri sədri secilib.
Bəs sən kimsən, nə iş görmüsən?
Elə diaspora sahəsində 20 il öncə F.Məmmədovun irəli sürdüyü ideya və təkliflər, bu gün hökumət, xaricdəki bəzi diaspor təşkilatları sədrlərinin yadına düşüb.
F.Məmmədovun rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Mədəniyyət Fondu uzun illərdir maraqlı layihələrə imza atmışdır. Fondun dəstəyi ilə əlaçı tələbələr xüsusi mükafatlar almış, mədəniyyət xadimlərinə diqqət və qayğı göstərilmişdir. Bu, ölkəmizin tanınmış ziyalıları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Avropa Azərbaycanlıları Konqresinin birinci vitse-prezidenti seçilməsi isə onun vətənpərvər addımlarının, uğurlu diaspor fəaliyyətinin ən parlaq nümunəsidir.

Bundan başqa F.Məmmədov, 2017-ci ilin, may ayında, Heydər Əliyevin doğum gününün 94-cü il dönümü münasibətilə, vətənin bütövlüyü uğrunda döyüşdə sağlamlığını itirən xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova, həmçinin 2017-ci ilin, fevralın 24-dən 25-nə keçən gecə düşmən hücumunu dəf edərkən şəhid olan mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailəsinə ev bağışlayıb. 2018-ci iin, yanvar ayında isə, kapitan Hikmət Məmmədov, müddətdən artıq hərbi qulluqçu Emin Əliyevə, ümumilikdə 11 Qarabağ qazisinə ev verilib.

E.Mustafazadənin bu işləri işıqlandıran medianın pula satılmaqda ittiham etməsinə gəlincə, bu bütün Azərbaycan mediasına atılan böhtandır. Onun qazilərə mənzil bağışlaması törənində media kapitanlarından iştirak edənlər olub və bu kimi xəbərlər bütün yerli mediada işıqlandırılıb.
Bəs sən kimsən, nə iş görmüsən?
F.Məmmədov təkcə Azərbaycan və azərbaycanlılara dayaq durmur. O dünyada haqqı pozulan, ürəyində Azərbaycan sevgisi olan hər kəsin yanındadır. Bu günlərdə Hollandiyada ermənilərlə məhkəmə çəkişməsini davam etdirən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İlhan Aşkının müdafiə xərclərini də F.Məmmədov üzərinə götürüb. Çoxu bilmir, Moskvada həbsə düşən, müalicəyə ehtiyacı olanlara, tələbələrə dəfələrlə maddi mənəvi dəstək olan da F.Məmmədovdur. Bu gün Azərbaycan cəmiyyətində F.Məmmədov milyonçu kimi deyil, daha çox xeyriyyəçi insan kimi yadda qalıb.

Bəs E.Mustafazadə nə iş görüb? Heç olmasa birini sadalasın, biz media olaraq onun xeyriyyəçilik işlərindən bəhs edək.

Avrasiya.net
loading...
XƏBƏR LENTİ