21 noy 10:34siyaset

Qürurlandığımız gün...

Qürurlandığımız gün...İbrahim Cəfərov
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor


Əziz dostlar, 26 il bundan əvvəl Azərbaycanı sevən insanların bir qrupu o zaman hakimiyyətdə olub "mənəm"-"mənəm" deyənlərin hədə-qorxusundan çəkinməyərək qoca Şərqin qapısında duran, bütün kommunikasiyalardan mərhum, soyuq və şaxtadan inləyən, hər gün müharibə ilə üz-üzə qalan tənha, lakin böyük Heydər Əliyev istisinə və məhəbbətinə sığınan Naxçıvana toplaşdılar.

21 noyabr 1992-ci il müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir tarixdir, həmin gün gələcəkdə ölkə tarixində mühum bir siyasi amilə çevriləcək Yeni Azərbaycan Partiyası təsis edildi. Böyük dahi, əvəzedilməz şəxsiyyət, dünyanın bir nömrəli azərbaycanlısı, müasir Azərbaycan dövlətinin xilaskarı ümummilli lider Heydər Əlirza oğlu Əliyev yeni yaranan bu partiyanin sədri seçildi və xalq elə həmin illərdən də öz taleyini bu partiyaya bağladi.

Bu gün ölkəmiz Heydər Əliyev dühasından bəhrələnərək möhtərəm cənab Prezidentin rəhbərliyi altinda yenidən qurulur və dünyanın söz sahibi ölkələrindən birinə çevrilməkdədir. Artıq soyuq və tənha Naxçıvandan da əsər əlamət qalmamışdır, muxtar respublika nəinki Azərbaycanın, mən deyərdim ki, Avropanın ən mədəni, tikilib qurulmuş, abad, gözəl məkanlarindan biridir. Bütün ölkəmiz kimi ulu Naxçıvan da hər gün yenilənir, müasirləşir, abadlaşır. Bax, bütün bunlar müharibə şəraitində yaşayan ölkənin nailiyyətlərinin kiçik bir hissəsidir.

Bu tərəqqinin başında isə 26 yaşı bu gün tamam olan Yeni Azərbaycan Partiyası və onun qüdrətli sədri cənab Prezident durur. Ona görə də gəlin hamılıqla bir ağızdan deyək: "Yaşasın Yeni Azərbaycan Partiyası və onun sədri möhtərəm cənab Prezident"!!!
loading...
XƏBƏR LENTİ