07 noy 17:14siyaset

"Müqəddəs bayrağımız hər birimizin başının üzərində olmalıdır"

"Müqəddəs bayrağımız hər birimizin başının üzərində olmalıdır"Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Azərbaycan dövlət bayrağının təsdiq edilməsinin 100 illiyilə bağlı çağdaş Milli Azadlıq Hərəkatının liderlərindən biri, Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri, Xalq Hərəkatı Partiyasının lideri Nəsir Ağayevlə görüşüb.

ALDP sədri görüşdə “Sizin kimi mübarizlər gənc nəslə nümunə, örnək olmalıdır” deyərək, Dövlət bayrağı günü münasibətilə N.Ağayevi tədbrik edib və 09 noyabr 1918-ci ildə ADR ilk baş nazir Fətali xan Xoyskinin Milli bayraq haqqında imzaladığı qərarın sürətini Nəsir Ağayevə təqdim edib.
"Müqəddəs bayrağımız hər birimizin başının üzərində olmalıdır"
Nəsir Ağayev ALDP sədrinə öz minnətdarlığını bildirərək, Azərbaycanın müstəqilliyi, Azərbaycan bayrağının yenidən dalğalanması və azadlığı uğrunda fəaliyyətindən qısa bəhs edib. N.Ağayev qeyd edib ki, dövlət bayrağını yüksəltmək, onu qorumaq, ona sədaqət nümayiş etdirmək hər bir azərbaycanlının borcudur: "Bayraq dövlət atributlarından biri sayılır. Üç rəngli və müqəddəs saydığımız bayraq hər birimizin başının üzərində olmalıdır. Bu bayraq, dövlət və dövlətçiliyimizin, müstəqilliyimizin qorunması uğrunda minlərlə şəhid vermişik. Dövlət atributlarımıza hörmət şəhid ruhuna hörmət deməkdir".
loading...
XƏBƏR LENTİ