11 okt 11:04siyaset

Əli Kərimlinin “Avropa müxalifətini” ələ almaq cəhdi ifşa olunur İTTİHAM

Əli Kərimlinin “Avropa müxalifətini” ələ almaq cəhdi ifşa olunur İTTİHAMDüşərgədə bu cür fikirləşənlərin sayı artır

Quran Məmmədovun “Milli Şura” rəhbərliyini, xüsusilə AXCP sədri Əli Kərimlini ağır ittihamlara məruz qoymasının ardınca, müxalifətdə sözügedən mövzu ətrafında ilginc reaksiyalar və proqnozlar üzə çıxmağa başlayıb. Xüsusilə, konstruktiv müxalifət radikallar arasında gedən savaşa maraqlı proqnozlar verirlər. Bu mənada, daha çox münasibət bildirən tərəf məhz vaxtilə AXCP sədri Əli Kərimlinin yaxın ətrafından olmuş Razi Nurullayev, Ehtiram Mehdiyev eləcə də digərləridir. “Yurd” sədrinin siyasi fırıldaqları və oyunbazlıqlarına, partiyada apardığı avtoritar idarəçiliyinə qarşı etiraz əlaməti olaraq, onu tərk edib, alternativ AXCP yaradanların əsas iddialarından biri də budur ki, Ə.Kərimli ölkə daxilindəki rıçaqlarını itirməyə başladıqdan sonra, indi də Avropada “siyasi mühacir” adı altında məskunlaşmış, müxtəlif qaranlıq xarici dairələrə agentliklər edən müxalifyönlüləri öz inhisarına almağa cəhd göstərir. Xüsusilə, Qurban Məmmədov məsələsi üzə çıxandan sonra bu mövzu siyasi müxalifət daxilində daha da aktuallaşmağa başlayıb.

Razi Nurullayevin AXCP-si hərəkətə keçib

Bu məsələ “şişdikdən” sonra, əsasən, AXCP sədri Ə.Kərimliyə qarşı çıxan müxalifət kəsimi hərəkətə keçib. “Ölkədə müxalifəti monopoliyada saxlamağa çalışan, ənənəvi müxalifətin əbədi və qaim-qədim başbiləni kimi qalmaq istəyən Ə.Kərimli indi də "pərakəndə Avropa müxalifətini" inhisara almaq üçün hücuma keçib”. SİA xəbər verir ki, bu fikirləri də R.Nurullayevin sədri olduğu AXCP-nin sədr müavini Tural İrfan deyib. Onun sözlərinə görə, Q.Məmmədov kimiləri Ə.Kərimlinin təsir dairəsində olan Qənimət Zahid, Vidadi İsgəndərli, Laçın Məmişov kimilərə asan təslim olmaq istəmir: “Son günlər Avropada mühacirətdə olan müxalif düşərgə bir- birinə dəyib. Buna ilkin səbəb onlardan sui-istifadə edərək Azərbaycanda həqiqi müxalifətə və xalqa qarşı təsir rıçaqı yaratmaq arzusunda olan gizli əl Əli Kərimlidir. Bunu ona de-fakto alətlik edən Avropa zümrəsi də, onlarla döyüşən Qurban Məmmədov cəbhəsi də açıq sezir”.

“Üç videoya baxandan sonra ən savadsız adam belə hansının kimin və ya kimlərin təsirində, inhisarında olduğunu dərk edir”

“Avropada yaylaqlanaraq hərəsi bir kompüterin arxasında əyləşən dil pəhləvanları Azərbaycandakı Əli Kərimli kimi "sudyaları"nın fit verməsi ilə güləşir”, deyə bildirən alternativ AXCP-nin rəsmisi deyib ki, gündə hərəsi bir video yerləşdirməklə gah nala, gah mıxa, gah da barmaqlarına döyəcləyirlər: “Üç videoya baxandan sonra ən savadsız adam belə hansının kimin və ya kimlərin təsirində, inhisarında olduğunu dərk edir. Elə oradaca həmin videonun altında gecikmədən öz fikrini ifadə edir. Özlərini xalqın ümid yeri kimi qələmə verib sonra bir-birinün üstünə düşən "müxalifətçilər", "inqilabçılar" xalqımız qarşısında özlərini biabır etməklə yanaşı, azsaylı insanların olub-qalan inamını da heç etdilər".

“Vidadi İsgəndərli, Qurban Məmmədov, Qənimət Zahid, Nahid Cəfərov, siz iqtidara gəlsəniz, hakimiyyət daxilində də bir-birinizi qıraraq xalqı bada verəcəksiniz?" sualını verən T.İrfan qeyd edib ki, bu kimi suallara cavab vermək əvəzinə Ə.Kərimlinin aktyorları daha da emosiya ilə rollarını ifa etməyə, daha da qızışmağa, səs yazıları, şahidlərlə bir-birinini fşa etməyə can atırlar: “Nəticədə özünü müxalifətin yeganə başbiləni kimi görən kərimlilər, həsənlilər saxta mövqelərini daha da bərkidərək eyhamla gülümsəyirlər. “Görürsünüzmü, bizik əsl müxalifət, bizsiz siz busunuz !.." Halbuki bu oyunları quran və idarə edən elə onların özüdür. Avropada olan müxalifətçi Ə.Kərimlinin ağalığını qeyd-şərtsiz qəbul etmirsə, onu ya agent, ya da satqın damğası ilə şərləyib oyundan çıxarırlar. Necə ki, Qurban Məmmədovun orada mövqeyini möhkəmlədib özünə geniş auditoriya yığaraq müzakirələr nəticəsində bir çox gizliliklərə aydınlıq gətirməsi həmin gizli əllərə sərf etmədi və nəticədə cəngü-cidal başlandı”.

“Cəmil Həsənli və Gültəkin Hacıbəyli isə Əli Kərimlinin sözçüsü rolunda bu savaşı daha da körükləyir”

Alternativ cəbhəçinin sözlərinə görə, ağıllarına və ağızlarına nə gəldi danışmağa ərinməyən bu şəxslər özlərinə bəslənən cüzi inamı da sarsıdraq iddia etdikləri kimi azad və sərbəst olmadıqlarını sübut etdilər: “C.Həsənli və G.Hacıbəyli isə Ə.Kərimlinin sözçüsü rolunda bu savaşı daha da körükləyir. İlqar Məmmədov özünü guya bu oyunlardan kənar tutsa da, əslində elə susmağı ilə öz mövqeyini ortaya qoymuş olur: qoy parçalansın, özlərini hörmətdın salsınlar, təkcə mən pak və müqəddəs görünüm. Necə oldu, həbsdə olarkən dindarların hüquqlarını müdafiə edirdi, çıxan kimi bir çoxlarıtək onları da unutdu? Özünü (indən belə) ehtiyatlı siyasətçi kimi göstərməyə çalışan bu şəxsin də Avropa oyunlarından xəbəri olmamış deyil. Ə.Kərimlinin gizli yollarla körüklədiyi Avropa ocağını İ.Məmmədov söndürmək istəmir, seyrçi qalır, niyə? Bəlkə onun da Ə.Kərimli ilə aralarının (guya-fikir onundur-red.) sərin olması başqa bir görüntü, alayı bir oyundur? Böyük ehtimalla belədir. Q.Məmmədovun "debatları"nın daxildə nəyə xidmət etməsi mənə maraqlı deyil, ancaq zahirdə Q.Zahid, V.İsgəndərli, Ə.Kərimli, C.Həsənli kimilərə qarınağrısı təsiri yaradır. Son aylarda əsasən siyasi mövzuda gedən müzakirə, mübahisələr artıq ikinci-maddiyyat, sosial baza mərhələsinə keçid alanda dərhal Bakıdan dirijor Ə.Kərimli çubuqlarını havada yellədi və orkestr ifaya başladı. Hərçənd ki, Q.Məmmədov və Nahid Cəfərli də ortaya ağlabatan və normal fikir qoya bilməyiblər. Ən azından, bu oyunlarda rol alıb, xalqın olub-qalan inamını sarsıtmaq naminə xidmət göstərirlər. Şəxsi eqo və ambissiyalar bu şəxsləri elə çulğayıb ki, Ə.Kərimlinin Avropadakı resurslarına çevrikdiklərinin fərqində deyillər. Onun maddi qaynaqlarına az qala zərər gətirəcəklər. Beləliklə, Ə.Kərimli, C.Həsənli, G.Hacıbəylinin əlində oyuncağa, alətə çevrilmiş “Milli Şura” ölkə daxilindəki sağlam müxalif qüvvə və şəxsləri qarşı -qarşıya qoyduqdan, aralarını vurduqdan sonra indi də Avropaya əl atdılar. Nəticədə xalqımız gördü və təsdiq etdi ki, bu cür intriqaçı, şəxsi mənafe güdən, eqoist, radikal qüvvələrdən ona heç bir kömək ola bilməz”.

Beləliklə, bir daha bəlli olur ki, sözdə müxalifət adı altında intriqa və qarşıdurmalarla gündəmdə qalmağa çalışan bu kimi siyasi dələduzlar əslində, özlərini təmizə çıxarmaq cəhdləri ilə daha da ifşa olunurlar. Bu kimi davamlı ifşalar isə özləri-özlərinin xalqdan təcrid edilməsi ilə nəticəsini tapır.

Rövşən RƏSULOV
loading...
XƏBƏR LENTİ