05 okt 14:42siyaset

Fransa Prezidenti Azərbaycana gəlir

Fransa Prezidenti Azərbaycana gəlirFransa Prezidenti Emanuel Makronun gələn həftə Azərbaycana səfəri nəzərdə tutulub.

“La Tribune” nəşri xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycana gözətçi katerlərin tədarükü barədə Fransanın “Naval Group” şirkəti ilə gözlənilən müqaviləyə dair danışıqlar aparılacaq. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri də müzakirə olunacaq.

Prezident Emanuel Makronun oktyabrın 11-12-də Yerevanda keçiriləcək Frankofoniya zirvə görüşündə iştirak etmək üçün Ermənistana gedəcəyi də gözlənilir.(“Report”)
loading...
XƏBƏR LENTİ
19-10-2018, 16:36