14 sen 11:40siyaset

Aqil Acalov: “15 sentyabr Türk dünyasının şərəfli yaddaş tarixidir”

Aqil Acalov: “15 sentyabr Türk dünyasının şərəfli yaddaş tarixidir” 15 sentyabr Türk dünyasının şanlı tarixidir. Bu sözləri Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov bildirib.

“Tariximizlə qürur duymamaq mümkün deyil. 15 sentyabr Türk dünyasının şərəfli yaddaş tarixidir. Hər bir Türk gənci tarixlə qürur duyur və fəxr edir. Türk qardaşlarımız köməyə gəlməsə idi,vəziyyət daha da dəhşətli olacaqdır. Ermənilər Bakıda,Şamaxıda,Lənkəranda,Qubada və başqa rayonlarda mart soyqırımını törətmişdilər. Bakı və ətraf yerlər düşmənlərimizin nəzarəti altında idi. Qısa müddət ərzində Qafqaz-İslam Ordusu daşnak-bolşevik tör-töküntülərini ölkəmizdən təmizləyə bildi. Düşmən layiqli cavabını aldı”.

Aqil Acalov iki qardaş ölkə arasında əlaqələrin inkişafından da danışıb: “İki qardaş ölkə arasında siyasi-iqtisadi,hərbi və digər sahələrdə əlaqələr inkişaf edir. 15 sentyabrda Bakıda paradının keçirilməsi qardaşlığımızın gerçək bariz nümunəsidir. Bu, bir daha onu göstərir ki,dünyada biri-birinə qarşı bu səviyyədə istəyi,sevgini göstərən ikinci belə ölkələr yoxdur. Eyni zamanda Türkiyə iqtisadi və hərbi cəhətdən Azərbaycanın yanında olduğunu göstərir”.
loading...
XƏBƏR LENTİ
Dünən, 19:52