14 avq 11:57siyaset

Milli Məclis siyasi partiyalarla bağlı qanuna dəyişiklik edə bilər

Milli Məclis siyasi partiyalarla bağlı qanuna dəyişiklik edə bilərBir müddət əvvəl "Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi gündəmə gəlmişdi. Belə ki, siyasi partiyanın maliyyələşməsi, fəaliyyətinə xitamla bağlı maddələrdə düzəlişlər ediləcəkdi.

Yaxın zamanlarda "Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsi gözlənilirmi?

Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir KərimliModern.az-aaçıqlama verib.

Deputat parlament partiyalarının hamısının hər il maliyyə hesabatlarını verdiyini bildirib.

"Düzdür, bəzi partiyalar var ki, onlar da hesabat verir. Amma açığını desək, çoxu sıfırlayıb verirlər. Milli Məclisdə maliyyə hesabatlarını düzgün verməyən, gizlədilən siyasi partiyaların fəaliyyətinə xitamla bağlı maddələrdə düzəlişlər təklif olunmuşdu”.

T.Kərimli bildirib ki, Milli Məclisin payız sessiyasında” Siyasi partiyalar haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi müzakirəyə çıxarıla bilər.

"Ancaq mənə elə gəlir ki, siyasi partiyaların fəaliyyətinə xitamla bağlı məsələ bir az qanunvericilikdən kənar məsələdir. Çünki siyasi partiyalar hər il hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edir. Ədliyyə Nazirliyi isə onların fəaliyyətinə nəzarət edir. Ona görə də siyasi partiyaların fəaliyyətinə xitam verilməsi ilə bağlı məsələləri Ədliyyə Nazirliyi üzə çıxarmalıdır və məhkəmə qaydasında bu məsələlər həll olunmalıdır”.
loading...
XƏBƏR LENTİ
Bu gün, 07:51
Bu gün, 06:57
Dünən, 14:07
Dünən, 14:02