20 apr 09:04siyaset

Putinin yeni müharibə ssenarisi: Qarabağda...

Putinin yeni müharibə ssenarisi: Qarabağda...Əgər Ukrayna və Suriyaya müdaxilədən sonra Rusiyaya qarşı beynəlxalq təcrid və iqtisadi sanksiyalar təzyiqi zəifləməsə, Kreml Qərbə qarşı daha bir münaqişəni alovlandıra bilər. Misal üçün, Dağlıq Qarabağda.

Publika.az xəbər verir ki, bu barədə İsrailin “YNet” saytında Strateji Tədqiqatlar İnstitutunun (İNSS) elmi işçiləri Vera Mixal-Şafir və Qaliya Lindenştrausun birgə müəllifi olduğu məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, 2-5 apreldə baş verənlər Qarabağ münaqişəsində atəşkəs imzalanandan sonra ən qanlı döyüşlər idi: “Vəziyyətin kəskinləşməsi fonunda xarici oyunçuların – Rusiya və Türkiyənin mövqeyi haqda sual yaranır. Onlar öz müttəfiqlərinə - Ermənistana və Azərbaycana genişmiqyaslı müharibəyə başlamaq üçün dəstək verəcəklər?”

Müəlliflər vurğulayırlar ki, Türkiyə Azərbaycana geniş şəkildə dəstək verir: “Ərdoğan Qarabağda baş verən toqquşmalar zamanı “Azərbaycan öz torpaqlarını azad edəcək” deyə bəyan etdi. Əhməd Davudoğlu da erməni təcavüzünə qarşı Azərbaycanla çiyin-çiyinə vuruşacaqlarını açıqladı. Lakin yenə də Türkiyə bu münaqişə üzərində Rusiya ilə müharibəyə başlamaq istəməz. Suriyada Rusiya təyyarəsinin vurulması ilə iki ölkə arasında münasibətlər tarıma çəkilib və əsasən iqtisadi sferada çatlar özünü göstərir. Lakin Ankara anlayır ki, o, NATO-nun üzvü olsa da, Rusiya ona qarşı hansısa həmlələr edə bilər. Misal üçün, Rusiya dolayısı ilə Türkiyə sərhədindəki Naxçıvan Muxtar Respublikasına müdaxilə ilə hədələdi. Bu müdaxilə yeni dünya müharibəsinə səbəb ola bilər”.

Lakin məqalədə Rusiyanın buna getməyəcəyi bildirilir: “Moskva Qarabağda indiki vəziyyətdə yeni eskalasiyada da maraqlı deyil. Xüsusilə beynəlxalq mənzərə onun xeyrinə olmadığı bir vaxtda. Rusiya indi ehtiyatla davranır. Amma gələcəkdə Rusiyanın Qarabağda münaqişənin alovlanmasında maraqlı olacağı mümkündür. İstisna etmək olmaz ki, əgər Rusiya özünü güclü təcridetmə və sanksiyaların təzyiqi altında hiss edəcəksə, Qərblə münaqişənin yeni səhnəsini axtaracaq. Bu səhnə Dağlıq Qarabağ ola bilər. Çünki bura coğrafi nöqteyi-nəzərdən NATO sərhədlərindən uzaqdadır”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ