02 iyn 13:50siyaset

Qarabağ bu yolla azad ediləcək - Kuznetsov

Qarabağ bu yolla azad ediləcək - KuznetsovErmənistan bu gün Rusiya və ABŞ-ın geostrateji maraqlarının toqquşduğu arenadır.

Axar.az xəbər verir ki, bunu “Pravda.ru” saytına açıqlamasında rusiyalı politoloq Oleq Kuznetsov deyib.

“Əgər Paşinyan Saakaşvili kimi Rusiyanın Ermənistan ərazisindəki hərbi mövcudluğuna son qoysa, bu, Vaşinqtonun Ön Asiyadakı geosiyasi təsirini itirməsinə kompensasiya olacaq. Rusiyanın Ermənistandakı təsirini itirməsinin Moskva üçün iki ciddi nəticəsi var: Birincisi, Rusiyanın daxili siyasi proseslərində erməni lobbisinin təsiri zəifləyəcək. Bu da hakimiyyətdə iki əsas erməni lobbisti olan Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Federasiya Şurasının rəhbəri Valentina Matviyenkonun vəzifədən getməsi ilə nəticələnəcək. İkincisi isə Azərbaycan Qafqazda Rusiya ilə münasibətləri xoş olan yeganə ölkə olacaq və nəticədə Kremlin Cənubi Qafqazda seçim etmək şansı qalmayacaq. Ermənistan-Azərbaycan qarşıdurması bundan sonra daha da artacaq”, – deyə o bildirib.

Kuznetsov hesab edir ki, Rusiyanın Ermənistandan çəkilməsi Moskvanın Qarabağın azad edilməsi üçün Bakıya yaşıl işıq yandıracağı ehtimalını artırır:

“Moskva işğal edilmiş ərazilərin azad edilməsi üçün Azərbaycanın hərbi əməliyyatlarına dəstək verə və regionda Rusiya-Azərbaycan-Türkiyə təhlükəsizlik üçbucağının qurulması reallaşa bilər”.
loading...
XƏBƏR LENTİ
Bu gün, 09:51