17 apr 13:47siyaset

Sabah AŞPA-nın iclası keçiriləcək - Gündəmdə Qarabağ da var

Sabah AŞPA-nın iclası keçiriləcək - Gündəmdə Qarabağ da varAprelin 18-dən 22-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasinın (AŞPA) yaz sessiyası keçiriləcək.

Sessiyada Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, bu təşkilatda Azərbaycanın daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinə deputatlar Rafael Hüseynov, Rövşən Rzayev, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fazil Mustafa, Elşən Musayev, Sabir Hacıyev, Vüsal Hüseynov və Müslüm Məmmədov daxildir.

Sessiyada Assambleyanın büro və daimi komitəsinin fəaliyyətinə dair hesabatlar dinləniləcək. Həmçinin Avropada antisemitizmə qarşı mübarizə, qaçqın böhranı, miqrant və qaçqınların hüquqları, Qərbi Balkanda vəziyyət, Avropa Şurasının insan hüquqları üzrə komissarının 2015-ci ildə fəaliyyətinin yekunları və digər mövzular müzakirə ediləcək.

Tədbirdə AŞPA-nın sosial məsələlər komitəsinin məruzəçisi Sevinc Fətəliyevanın “Uşaqların radikallaşması və buna səbəb olan amillərin aradan qaldırılması” mövzusunda məruzəsi dinləniləcək və müzakirələr aparılacaq.

Sessiyada Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrin müzakirəsi də gözlənilir.

Azərbaycan nümayəndə heyətinin üzvləri gündəlik məsələlərlə bağlı çıxış edərək, fikirlərini bildirəcəklər.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ