04 may 12:25siyaset

Deputat maaş artımına etiraz: “Azı 8 min manat olmalıdır”

Deputat maaş artımına etiraz: “Azı 8 min manat olmalıdır”Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deputatların əmək haqlarının 10 faiz artımına etiraz edib.

Bununla bağlı layihənin müzakirəsi zamanı Q.Həsənquliyev bildirib ki, bu artım olduqca azdır.

O qeyd edib ki, ən azı son illərdə baş verən devalvasiyalar nəzərə alınmalıdır: “Elə etmək lazımdır ki, məmurlar digər gəlir yerlərinə göz dikməsinlər. Elə olmalıdır ki, baş nazir, spiker 10 min manat, deputatlar isə ən azı 8 min manat maaş alsınlar”.

Deputat korrupsiyaya qarşı mübarizədən danışarkən Sinqapuru misal çəkib.
loading...
XƏBƏR LENTİ
22-06-2018, 15:27