01 may 20:32siyaset

Azərbaycanlı politoloqdan gülməli sözlər: “Nikol Paşinyan ermənipərəstdir”

Azərbaycanlı politoloqdan gülməli sözlər: “Nikol Paşinyan ermənipərəstdir”Xəbər verdiyimiz kimi, Ermənistan yeni baş naziri seçilir.

Baş nazir seçimilə bağlı açıqlama verən politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, nə qədər yubatmağa çalışsalar da, Ermənistandakı proseslər xaosa doğru gedir:

“Ermənistan indi mənəvi uçurumdadır. Təsəvvür edin ki, bu proseslər başlayanda ermənilər “erməni soyqırımı”nı qeyd etməyi unutdular. Onlar həmişə məşəl yürüşü keçirirdilər, bu dəfə unutdular. Qarabağ məsələsi bu aksiyalarda aktiv olmadı. Televiziya, video, foto materialların hamısına baxdım, orada “Qarabağ bayrağı” görünmədi, Qarabağ sözü səslənmədi. Yəni, əslində bu erməni şüurunun ermənilərin özü üçün, ictimai-siyasi mühiti üçün faciəvi istiqamətə dəyişdiyini göstərir. Ona görə də düşünürəm ki, orada hadisələr xaosa, qana doğru gedir. Ermənistanda belə hadisənin qansız həlli yoxdur. Bunun da başlıca səbəbi Nikol Paşinyanın ermənipərəst olmasıdır.

Nikol Paşinyanı baş nazir seçilsə belə mitinqi dayandıra bilməyəcək. Yəni, Nikol Paşinyanda eyforiya var ki, əhali onun deməyinə görə, meydana çıxıb. Sadəcə artıq Ermənistanda kütlə psixologiyası üzdədir, bir-iki gün mitinq sakitləşə bilər, amma bir neçə gün sonra yenidən mitinqlər başlayacaq. Ermənistanda birinci dəfə deyil belə mitinqlərin keçirildiyi. Ola bilsin Paşinyanın seçilməyi Ermənistanda kimin üçünsə, Yusif Sərrac rolunu oynasın. “Çiçəklənən Ermənistan” partiyası kifayət qədər böyük gücə malikdir. Partiyanın sədri, deputat Qaqik Sarukyanın fikrincə, hakim Respublikaçılar Partiyası o vaxt onun əlindən qələbəni pulun və administrativ gücün hesabına aldı. O özünü Ermənistanda ən güclü adam bilir Qaqik Sarukyan da razılıq verib ki, kimsə Ermənistanda müvəqqəti də olsa, baş nazir olmalıdır. Ancaq Nikol Paşinyanın Ermənistana rəhbərlik etməyə potensialı yoxdur.

1990-cı illərin əvvəlində bizdə tez-tez hakimiyyət dəyişirdi, Ermənistanda isə sabitlik idi. Onun hesabına biz torpaqlarımızı itirdik. İndi isə Ermənistanda tez-tez hakimiyyət dəyişəcək, Azərbaycanda isə əsaslı, bünövrəli sabitlik var, hakimiyyət möhkəmdir, xalq tərəfindən dəstəklənir. Ona görə də ermənilər hansı qaydada torpaqları almışdılarsa, o qaydada da itirəcəklər. Rus analitiklərinin məşhur bir ifadəsi var ki, Cənubi Qafqazda gərək romantiklər hakimiyyətə gəlməyə, ancaq işi bilənlər hakimiyyətə gəlməlidir. Ona görə də Nikol Paşinyan hakimiyyətə gəlirsə, Ermənistan torpaq itirməyə hazır olmalıdır. Düşünürəm ki, Ermənistanda hadisələr bu cür davam etsə, Ermənistanın 29 min kv.m ərazidə qalması da şübhə altındadır. Söhbət təbii ki, yalnız Ermənistandan gedir, Qarabağın ora aidiyyatı yoxdur”. azerbaycan24.com
loading...
XƏBƏR LENTİ