15 apr 21:37siyaset

Mirsamir Məmmədov: "İlham Əliyev bütün xalqımızın yekdilliklə istəyi və seçimidir"

Mirsamir Məmmədov: "İlham Əliyev bütün xalqımızın yekdilliklə istəyi və seçimidir"
Ən əsası isə cənab İlham Əliyev xüsusi olaraq Azərbaycan gəncliyinin seçimi və istəyidir. Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti də spesifik olaraq bunu şərtləndirən əsas amildir.

11 aprel seçkiləri birmənalı olaraq xalqımızın iradəsini və mövqeyini əks etdirdi. Xalqımız bu seçkidə növbəti uğurlara, işıqlı sabahına, parlaq gələcəyinə imza atdı. Azərbaycan xalqı heçkimi İlham Əliyevə alternativ olaraq qəbul etmir və bu səbəblə də seçkidə məhz xalqımızın iradəsi ilə cənab İlham Əliyev növbəti dəfə qələbə qazandı. Cənab İlham Əliyevin plüralist, parlaq və praqmatik siyasətinin və xalqa xidmətlərinin təzahüründə ərsəyə gələn xalq-iqtidar birliyi 11 aprel seçkikərindəki qələbənin ən əsas komponentləri və elementləridir. Son 15 ildə aparılan parlaq siyasət, atılan addımlar, görülən əməli işlər, qazanılan parlaq uğurlar, ən əsası isə aprel döyüşlərində düşmən ölkə üzərində əldə olunan möhtəşəm qələbə fövqəladənin fövqündə dayanır. Təbii ki, Xalqımız bunların hamısını görür..

Bunu, ölkəmizdə aprelin 11-də keçirilmiş prezident seçkilərindən danışarkən siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov qeyd edib ki,
Dövlətimizin başçısı ölkəyə rəhbərlik etdiyi gündən ölkəmizin tərəqqisi və inkişafı naminə yüksək əzmlə çalışmaqda və bu uğurda böyük əmək sərf etməkdədir. Möhtərəm cənab İlham Əliyevin qayəsi və yürütdüyü qabaqcıl siyasət xalqımızın maddi rifahının yüksəldilməsi, işsizliyin aradan qaldırılması, yeni-yeni sektorların və sahələrin açılması, yaradılması və cəmiyyətin, xalqımızın ixtiyarına verilməsindən ibarətdir. Bu istiqamətdə hər zaman profilaktik tədbirlər görülüb. Son 15 ildə qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafına böyük önəm verilib, hətta bu məsələ ən prioritet məqsəd olub.

Elə bu məqsədlə ölkəyə yeni investorların və xarici sərmayənin cəlb edilməsi məsələsi hər zaman ön planda olmuşdurki, hazırda cənab İlham Əliyevin uzaqgörən siyasəti və yüksək diplomatik bacarığı sayəsində son 15 ildə məqsədyönlü addımlar atılmış, bu kontekstdə əhəmiyyətli dərəcədə nailiyyətlər əldə edilmişdir. Son 15 ildə atılan addımlar, həyata keçirilən böyük infrastruktur layihələr ölkəmizin inkişafı mərhələsində geniş təsir spektrinə malik olub və inkişafın bütün mərhələlərində öz töhvəsini vermişdir. Cənab İlham Əliyevin yürütdüyü uzaqgörən və praqmatik siyasəti son 15 ildə nəhəng göstəriciləri özündə birləşdirib və bütün sahələrdə, iqtisadiyyatın bütün sferalarında, beynəlxalq xarici siyasətdə və hərbi sahədə belə rekord nəticələr əldə olunub. Daxili dinamikanın qorunması və daha da güclənməsi üçün ilk öncə daxili istehsalın atrırılması, kənd təsərrüfatının durmadan inkişafı, fermerlə dövlət arasında müştərək əməkdaşlıq edilməsi, kənd təsərrüfatı və bütün qeyri neft sektoru sahələrinə Dövlət qayğısı və diqqətini ehtiva edən maddi və mənəvi dəstəyin verilməsi kənd təsərrüfatını və bütün qeyri neft sektoru sahələrini yüksələn xəttlə inkişaf etdirməkdədir ki, bu da ölkə iqtisadiyyatının neftdən asılılığını sürətlə azaltmaqdadır. Hazırda Azərbaycan ötən illərlə müqayisədə idxal edən ölkədən, ixrac edən ölkəyə çevrilmişdir. Hətta yüksək inkişaf Azərbaycanın Hərbi Sənayesinə də öz töhvəsini verib və Azərbaycanın istehsal etdiyi silah növləri dünya birliyinin diqqətini cəlb etmiş, Azərbaycanın yeni nəsil silahlarına böyük maraq yaranmışdır ki, bu da ölkəmizin istehsal etdiyi silahlara sifarişlərin olmasına səbəb olmuşdur. Göründüyü kimi, daxili inkişaf ölkəmizin bütün sahələrini əhəmiyyətli dərəcədə əhatə edib və durmadan da artır.

Cənab İlham Əliyevin 15 illik rəhbərliyi dövründə ölkə iqtisadiyyatı sürətli inkişaf mərhələsinə keçmiş, aparılan islahatlar şaxələndirilərək iqtisadiyyatımızın bütün sahələrinə yönəldilmişdir. Digər mühüm və önəmli amil isə xarici investisiyanın Azərbaycana cəlb edilməsidir. Aparılan dəqiq və məqsədyönlü siyasət bu sahədə də öz sözünü deməkdə və töhvəsini verməkdədir. Məhz İlham Əliyevin yüksək diplomatik bacarığının və düzgün qurulmuş xarici siyasətin nəticəsi olaraq ölkəyə xarici sərmayə axını durmadan artır, Azərbaycan hazırda istər iqtisadi, istər hərbi, istərsə siyasi baxımdan dünyanın inkişaf etmiş aparıcı ölkələrilə geniş platformada əməkdaşlıqlar edir və bir çox sahələrdə dünya bazarlarında ölkəmiz sağlam rəqabət aparan ölkəyə çevrilmişdir. Bütün bu mütərəqqi irəliləyişlər hələ xalqımızın ümummilli lideri Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlamış və son 15 ildə isə cənab İlham Əliyevin prezidentliyi dövründə öz intibah və yüksəliş dövrünə qədəm basmışdır. Bu da o deməkdir ki, İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsi olaraq Azərbaycan dünya birliyində öz sözünü deyən, müstəqil siyasət yeridən ölkə olmuşdur. Hazırda Azərbaycan nəinki bölgənin, regionun, hətta bütün dünyanın ən sabit və təhlükəsiz və rahat yaşayış mühitinə malik olan bir ölkəsidir. Ölkəmizdəki təhlükəsiz yaşayış mühitinin və sabitliyin təmin olunması möhtərəm cənab İlham Əliyevin uzaqgörən və qabaqcıl siyasətinin məhsuludur.

Zəngin idarəçilik qabiliyyəti, potensial liderlik məharəti, yüksək dövlətçilik təcrübəsi, həmçinin aparılan uğurlu siyasət hər sahədə öz təsirini göstərib. Ölkəmizin təhlükəsizliyinin və sabitliyinin təmin olunmasından tutmuş, Azərbaycanın yüksək inkişaf və tərəqqi yolunda uğurla addımlaması, hazırda dünya birliyində nümunəvi ölkələr statusuna malik olması, ölkəmizin brendinə çevrilən multikultural dəyərlərin və tolerantlığın qorunması məhz İlham Əliyevin nəhəng modulda plüralist siyasətinin göstəricisidir. Daxili siyasətdə isə dəqiq və parlaq addımların atılması xalqımızla dövlətimizin həmrəyliyini, monolitliyini qorumuş, Dövlətimizlə xalqımızın birliyini ehtiva edən güclü bir tandem yaratmışdır. İstər ölkə daxilində, istərsə də xarici siyasətdə bütün sahələrdə yüksək uğurlar əldə olunmaqdadır ki, hər bir uğurun üzərində məxsusi olaraq cənab İlham Əliyevin şəxsi dəsti-xətti və şəxsi imzası var. Odur ki, İlham Əliyev həm bütün bütün sferalardakı yüksək uğurlarımızın, həm də sabitliyimizin və ölkəmizin təhlükəsizliyinin tək və yeganə qarantıdır. Təbiiki, bütün bu faktorları xalqımız da görür və bilir, aprelin 11-də xalqımızın və insanların seçki məntəqələrinə axışaraq məhz ölkəmizin rifahı, parlaq gələcəyi və əmin-amanlığı naminə İlham Əliyevə səs verəcəklərinə heçbir şübhə yox idi.

Cənab İlham Əliyev dövlətçiliyimizin, xalqımızın bütün milli maraqlarının və sosial təminatlarının, həmçinin ölkəmizin Konstitusiyasının qoruyucusudur. Xalqımızın İlham Əliyevə verdiyi dəyəri, göstərdiyi yüksək etimadı, sərgilədiyi sevgini məhz cənab İlham Əliyev öz yüksək və parlaq xidmətləri ilə qazanıb. Xalqımızın yüksək fəallıqla seçkiyə gələrək İlham Əliyevi yekdilliklə ölkəyə rəhbər seçməsi də bunun təzahürüdür, xalqın sevgisinin, rəğbətinin, inamının gəstəricisidir. Xalqımız növbəti 7 il üçün Azərbaycanın yüksəlişinə, təhlükəsizliyinə, inkişafına və güclənməsinə səs vermiş oldu. İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr, bütün bu yüksək dəyərləri, ali meyarları özündə birləşdirir.
loading...
XƏBƏR LENTİ
Dünən, 09:49