12 apr 07:13siyaset

Ərdoğan Əliyevi təbrik edib

Ərdoğan Əliyevi təbrik edibAprelin 11-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Avrasiya.net Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Qeyd edək ki, seçkinin ilkin nəticəsi yenicə açıqlanıb və bu, ödvlət başçılarından Prezident İlham Əliyevin qəbul etdiyi ilk təbrikdir.
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU