13 apr 18:41siyaset

Erməni siyasətçi: “Azərbaycan Qarabağı tamamilə alacaq, Ermənistan yox olacaq”

Erməni siyasətçi: “Azərbaycan Qarabağı tamamilə alacaq, Ermənistan yox olacaq”“Azərbaycan Qarabağı tamamilə alacaq, Ermənistan isə yer üzündən yox olacaq”.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanda “Qarabağ” komitəsinin üzvü Albert Baqdasaryan deyib.

Onun sözlərinə görə, dünyada heç bir ölkə Ermənistana tərəfdaş kimi baxmır, etibar etmir: “Ən yaxşı halda bu gün Ermənistana Rusiyanın vassalı, “kukla ölkəsi” kimi baxırlar. Rusiya ermənilərin müttəfiqi deyil. Ermənistan hakimiyyəti isə son zamanlar həyasızcasına hər şeyi etdi ki, ölkə atılmış olsun. Atılmış ölkə nə deməkdir: dünyada heç kim sənə partnyor kimi baxmır, etibar etmir. Ən yaxşı halda isə Rusiyanın vassalı kimi baxacaqlar. Görünür, bizim hakimiyyət dövlətçilik siyasətini rəhbər tutmur. Misal üçün, müharibə gedirdi, amma onlar susurdular, Azərbaycanın nə qədər irəlilədiyi, nə qədər itki verdiyimiz açıqlamırdılar. Müharibənin dördüncü günü, eləcə də əvvəlki və sonrakı günləri göstərdi ki, Ermənistanda xarici işlər naziri yoxdur. Edvard Nalbandyan adında Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin agenti var”.

Erməni siyasətçi rəsmi İrəvanın Moskvanın “kuklası” olduğunu vurğulayıb.

“Rusiya bizə nə iqtisadi, nə də hərbi yardım etmir. Sarkisyan Merkellə görüşdə etiraf etdi ki, biz 80-ci illərin silahları ilə döyüşürük. Hansı ki, bizə hər gün ordunun müasir silahlarla təchiz edildiyinə dair yalanlar danışırlar. Bu gün biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqının üzvüyük. Halbuki Ermənistana bu təşkilatların təsisçisi olmağa icazə verilmədi. Bu gün bizim eyni təşkilatda yer aldığımız ölkələr Ermənistana tərəfdaş deməyə utanırlar, üzümüzə tüpürürlər. Biz indi dilənçi vəziyyətindəyik”, - deyə o bildirib.

A. Baqdasaryan qeyd edib ki, Rusiya imperiyası bir neçə onillikdən də az yaşayacaq və dağılacaq: “Əslində bunun daha tez baş verməsi ehtimalı böyükdür. O zaman Azərbaycan Qarabağı və digər rayonları tam olaraq alacaq. Ermənistan isə ümumiyyətlə yer üzündən silinəcək”.
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47